12 Sentyabr 2008-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 025611 saylı Lisenziyasını almış Atlas Medical Center, tibb elminin standartlarına cavab verən yeni texnologiyaların, peşəkar və dinamik personalın birləşdiyi mərkəzdir. Gənc olmasına baxmayaraq, klinikamızın ölkənin tibb xidmətləri sektorunda özünəməxsus payı var. Son dövrün pasient məmnuniyyətini müşahidə etdikdə Atlas Tibb Mərkəzinin bir brend kimi formalaşdığı və xüsusi korporativ imic qazandığını qeyd etməliyik.
Mərkəzimiz urologiya, ginekologiya, dermatologiya, mammologiya, qastoenterologiya, endokrinologiya, kardiologiya, manual terapiya və müxtəlif vacib sahələri əhatə edir. Tibb Mərkəzinin ölkədə və ölkə xaricində, dünyanın ən tanınmış tibb təhsil müəssisələrində təhsil almış mütəxəssisələri uğurlu fəaliyyətləri ilə özlərini təsdiq ediblər.Klinikamız pasient məmnuniyyətinə çox həssas yanaşdığı üçün qiymətlərimiz bütün sosial təbəqələrə əlverişlidir, həmçinin daima güzəştlər və himayədarlıq tədbirləri reallaşdırmaqdayıq. Ölkənin tibb mərkəzləri üçün ənənəvi olmayan distant müalicə kursları məhz Atlas Tibb Mərkəzində həyata keçirilir. Bunun vasitəsilə də siz canlı kontaktda olmadan, yəni klinikamıza gəlmədən internetlə mütəxəssislərimizin müalicə kurslarını ala bilərsiniz.