Atilla Trans & Services xəritədə

Atilla Trans & Services

Bakı, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 4 АZ1000 *** 2 səs

Atilla Trans & Services haqqında

"Atilla Trans & Services" şirkəti avtobusların, mikro avtobusların, sürücülü avtomobillərin icarəsində ixtisaslaşmışdır, sərnişinlərin daşınması ilə məşğul olur. Siz "Atilla Trans & Services" şirkətinə müraciət etməklə nəqliyyat vasitəsini ən aşağı qiymət və yüksək keyfiyyətlə icarəyə götürə bilərsiniz. Bizim avtoparklarda Mercedes və Toyota markalı müxtəlif avtobus və mikro avtobus modelləri mövcuddur. Siz seçdiyiniz nəqliyyat vasitəsinin xidmət keyfiyyətinə yaxşı mənada təəccüblənəcəksiniz və səyahətin xoş anlarını xatırlayacaqsınız. Bizim icarə şirkətimizdə fəaliyyət təcrübəsi az olmayan, peşəkar, Bakı küçələrinə yaxşı bələd olan, sizi istədiyiniz yerə tıxac və bağlı yollardan yan keçərək necə çatdırmalı olduqlarını bilən sürücülərin çalışmasına üstünlük verilir. Sifariş üçün yalnız günün sizə əlverişli olan istənilən vaxtı bizimlə əlaqə saxlamaq lazımdır. Ehtiyac olduqda bizim müdirlər sizinlə məsləhətləşir və sizə lazım olan model, rəng və avadanlıqlı avtomobillərin seçilməsində dəstək olur.