ATaksi xəritədə

ATaksi

Bakı, Nəsimi rayonu, Nizami küçəsi, 203B AZ1000 *** 2 səs

ATaksi haqqında

ATaksi Nədir? - Azərbaycana xas taksi - Sürətli, rahat, güvənli və ağıllı - aTaksi proqramındakı bütün taksilər lisenziyalıdır - Bütün səfərlər qeydə alınır - Tək toxunuşla yaxındakı taksini cağırma imkanı - Tək toxunuşla seçdiyin taksini cağırma imkanı - Taksini istədiyin nöqtəyə cağırma imkanı - Taksi səni alır və göstərdiyin nöqtəyə çatdırır - Səfər bitdikdən sonra ödənişi nəğd və ya kredit kartıyla ödəmə imkanı Üstünlüklərimiz: Zaman Vaxta qənaət – siz artıq çağrı mərkəzinə zəng edərək vaxtınızı israf etmirsiniz. aTaksi köməyi ilə taksi sifariş etmək üçün siz vaxt sərf etməyəcəksiniz. Dəqiqlik Ünvan dəqiqliyi – taksi sifariş edərkən, sürücüyə ünvanı izah etməyə ehtiyac qalmır. Sizin yeriniz avtomatik olaraq təyin olunur və sürücüyə məlumat ötürülür. Hesablanma Öncədən yolun və qiymətin hesablanmasi – taksi sifariş etməzdən əvvəl çox asanlıqla gedəcəyiniz yolu və qiymətini telefonunuzun ekranında görə bilərsiniz. İzləmə Canlı izləmə - taksi sifariş etdikdən sonra taksinin yol boyu gəlişini, həmçinin taksiyə mindikdən sonra getdiyiniz yolu telefonunuzun ekranından izləyə bilərsiniz. Ödəniş Smart ödəniş – ödənişi həm nəğd, həm plastik kartla edə bilərsiniz. Güvənlik Yüksək güvənlik – hər bir sürücü sistemdə qeydiyyatdadır. Taksidə itən əşyalar asanlıqla tapılır, həmçinin, sürücü ilə yaşanan hər hansı bir problemə ciddi nəzarət imkanı. Korporativ aTaksi fərdi müştərilər ilə bərabər şirkətinizə də xidmət göstərməyi unutmayib. aTaksi`in köməyi ilə şirkətinizin işçiləri harada olmaqlarından asılı olmayaraq ən yaxın, ən sürətli və ən güvənli taksini sifariş etməklə işinizi sürətləndirəcək və zaman itkisi yaşamayacaqsınız. Eləcə də aTaksi`in sürətli, güvənli və olduğunuz yerə ən yaxın olan TAKSİ KURYER xidmətindən istifadə edə bilərsiniz. Korporativ təkliflərimiz və avantajlarımız: Zaman və məsafə – Taksi sifariş edərkən zaman itkisi olmur. Sizə sifarişiniz əsasında avtomatik olaraq sizə ən yaxın və ən qısa zaman çərçivəsində sizin adresə çatacaq olan taksi yönləndirilir. Beləliklə, siz vaxtınıza qənaət etmiş olursunuz. Dəqiqlik – sifariş zamanı taksi sürücüsünə olduğunuz yeri izah etməyə ehtiyac yoxdur. Siz proqrama daxil olduğunuz zaman proqram sizin yerinizi avtomatik olaraq sürücüyə ötürür. Beləliklə, sizin yerinin tam dəqiqliklə təyin olunur. İzləmə - şirkətiniz şirkət personallarının etdiyi yolçuluqları izləyə bilər. Güvənlik – bütün yolçuluqlar sistemdə qaldığı üçün yolçuluğunuzla bağlı və ya sürücü ilə hər hansı bir problem yaşama riskiniz minimaldır. Hesabat – aTaksi ilə edilən yolçuluqlar avtomatik olaraq sistemə düşür. aTaksi sizə istədiyiniz zaman sizin şirkət tərəfindən edilən yolçuluqları hesabat formasında həm fərdi həm ümumi şəkildə sizə ötürməyi təklif edir. Kartla Ödəniş Kartla ödəniş – aTaksinin göstərdiyi KARTLA ÖDƏMƏ sisteminin köməyi ilə sizin ödənişiniz daha da asanlaşır. Bunun üçün plastik kartınızın nömrəsini aTaksi`də qeydiyyatdan keçirməniz yetərlidir. Yolçuluq başa çatdıqdan sonra aTaksi`də tək toxunuşla ödəməni həyata keçirə bilərsiniz. Bu zaman heç bir əlavə haqq ödəmirsiniz. Beləliklə,ATAKSI KARTLA ÖDƏNİŞ sisteminin köməyi ilə siz həm asan, həm də çox qısa - ekrana bir toxunuş müddətində ödəməni yerinə yetirə bilərsiniz.