Astara Rayon Məhkəməsi xəritədə

Astara Rayon Məhkəməsi

Heydər Əliyev prospekti, Astara, 7 AZ1000 *** 1 səs

Astara Rayon Məhkəməsi haqqında

Astara Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Astara rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Astara rayonu haqqında

Astara rayonu respublikanın cənub-şərqində yerləşir və cənub iqtisadi zonasına daxildir.1930-cu ildə Astara rayonu yaradılmış və rayona 1945-ci il tarixində şəhər statusu verilmişdir. 1964-cü ildə isə Astara Rayon Xalq Məhkəməsi yaradılmışdır (indiki Astara Rayon Məhkəməsi). Astara rayonunun əhalisinin sayı 98 min 683 nəfərdir (17 iyun 2011), ümumi ərazisi isə 616 km²-dir. Rayon cənub iqtisadi zonasına daxildir. Rayonda 1 şəhər, 1 qəsəbə və 91 kənd vardır. Ermənilərin işğalçılıq siyasəti nəticəsində Astara rayonunda 9 ailədən ibarət 46 nəfər məcburi köçkün məskunlaşmışdır. Rayon Bakı şəhərindən 313 km məsafədə yerləşməklə, cənubdan və qərbdən İran İslam Respublikası, şimaldan Lənkəran, şərqdən Xəzər dənizi ilə həmsərhəddir.

Astara Rayon Məhkəməsi Hakimləri və onların statusunun eyniliyi

Hakimlər ədalət mühakiməsini həyata keçirmək üçün qanunla müəyyən edilmiş səlahiyyətlərə malik şəxslərdir.Azərbaycan Respublikasının bütün hakimləri (məhkəmələrin sədrləri, sədr müavinləri, kollegiya sədrləri və hakimləri) işlərə baxarkən eyni statusa, hüquq və vəzifələrə malikdirlər və bir-birindən yalnız təyin olunma qaydasına, səlahiyyətlərinə və səlahiyyət müddətlərinə görə fərqlənirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda qəbul olunmuş qərarlardan başqa bütün digər kollegial məhkəmə qərarlarına görə onların qəbul olunmasında iştirak etmiş hər bir hakim (qərar qəbul edilərkən xüsusi rəy və ya belə qərarın əleyhinə səs vermiş hakim istisna olmaqla) eyni dərəcədə məsuldur.