Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası xəritədə

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası

Bakı, Nəsimi rayonu, Mirqasımov küçəsi, 4/44 AZ1000 *** 2 səs

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası haqqında

AVCİYA-nın yaradılmasında əsas məqsəd Assosiasiyaya daxil olan qeyri-hökumət təşkilatlarının və üçüncü sektorun digər nümayəndələrinin fəaliyyətinin əlaqələndirilməsi vasitəsi ilə ölkədə vətəndaş cəmiyyətinin yaradılması prosesinə yardım göstərməkdir. Belə ki, Assosiasiyaya daxil olan QHT-lər ixtisaslaşdıqları sahələrdə mövcud olan problemlərə cəmiyyətin diqqətini cəlb etməyi, vətəndaşların onların həllində iştirakını, bu sferalarda gedən proseslərin maksimal şəffaflığını öz qarşılarına məqsəd kimi qoyurlar. Bu məqsədlərə nail olmaq üçün isə çox hallarda hansısa konkret QHT-nin göstərdiyi səylər bəzən az olur, işin effektiv olması üçün prosesə daha böyük qüvvələrin cəlb edilməsinə ehtiyac yaranır. AVCİYA-nın əsas məqsədlərindən biri də məhz Assosiasiyaya üzv olan QHT-lərin qüvvəsi hesabına müxtəlif sahələrdə mövcud problemlərin üzə çıxarılması, cəmiyyətə çatdırılması və həlli üzrə kompleks tədbirlər həyata keçirməkdir.

Assosiasiyanın fəaliyyətinin əsas istiqamətləri

  • İctimai təşkilatlar, mərkəzi və yerli icra hakimiyyətləri, yerli idarəetmə orqanları arasında konstruktiv, birgə fəaliyyətin təşkili;
  • Vətəndaş cəmiyyətinin formalaşması üçün lazımi normativ-hüquqi bazanın yaradılmasında aktiv iştirak;
  • QHT-lər və müstəqil KİV-lər arasında qarşılıqlı faydalı əməkdaşlığın təşkili;
  • Sosial-humanitar məsələlərin həllinə özəl sektorun cəlb olunması;
  • Vətəndaş təşəbbüsünə dəstək, əhalinin vətəndaş cəmiyyətinin əsaslarının formalaşmasında aktiv iştiraka cəlb olunması, volonter hərəkatın formalaşması;
  • QHT-lərin fəaliyyəti üçün maliyyə-kredit, vergi, gömrük və digər məsələlərdə əlverişli mühitin yaradılmasına kömək;
  • Fəaliyyətdə olan və yeni yaranan QHT-lərə hüquqi, təşkilati, informasiya dəstəyinin göstərilməsi;
  • QHT sektorunda fəaliyyət göstərən kadrların hazırlanması sisteminin təşkil olunması; QHT əməkdaşlarının hüquqlarının müdafiəsi;

Fəaliyyətin prioritet istiqamətləri

  • vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi;
  • korrupsiya halları ilə mübarizə üçün sosial əməkdaşlığın yaradılması;
  • regionların və yerli idarəçiliyin sosial-ictimai inkişafına dəstək;
  • islah əmək müəssisələri sisteminin təkmilləşdirilməsi;
  • miqrant, qaçqın, məcburi köçkünlərin problemlərinin həllinə yardım;
  • ekoloji maarifləndirmə