Asena xəritədə

Asena

Bakı, Nəsimi rayonu, Füzuli küçəsi, 65 АZ1014 *** 3 səs

Asena haqqında

"ASENA" 2003-cü ilin martında yaradılıb. "ASENA" Azərbaycanda porfümeriya və kosmetika sahəsində aşağıdakı ticarət markalarının rəsmi distribütorudur: -kosmetik marka "Manhattan'' (Almaniya), rus kosmetik tərkibinə daxil olan "Калина"; - ən iri diş məcunu, bədən, saç qulluğu və məişət ximikatlar məhsullarının istehsalçısı "Pirana" (Ukrayna - Bolgarıstan) - kosmetik marka "Vitex" и "Belita" (İtaliya- Belarusiya). 2008-ci ilin yayında "ASENA" şirkəti xidmət bazarında özünün yeni layihəsinə başladı. Layihənin məğzi restoran, otel və digər bu tip müəssisələri mini-porfyüm, tekstil, yuyucu vasitələri, ictimai təşkilarlara dispenserlər, kağız məmulatlar, maye-sabunlar, tualet kağızları, salfetlər və digər məhsullarla təchiz etməkdir. Asena şirkəti gigyena və kağız məmulatlarının istehsalında və satışında Avropa və dünya lideri olan “SCA Gigiyena” şirkətinə məxsus olan Tork brendinin rəsmi distributorudur. İngiltərənin cənub-qərbindəki Somerşetsir ilçəsinin Çard şəhərində yerləşən britan şirkəti olan Numatic İnternational Limited-in brendi kimi tanınan Numatic markasının da Azərbaycandakı distribyutoru Asena MMC-dir. Numatic məhsulları məişətdə və professional şəkildə istifadə üçün nəzərdə tutulan təmizləyici avadanlıqlar silsiləsidir. Bu markanın məhsulları dünya bazarında geniş təmsil olunur.Unger Enterprises, İnc şirkəti 30 ildən çoxdur ki, təmizlik işləri üçün professional alətlərin istehsalı ilə məşğuldur. Şirkətin əsas devizi istehsal etdiyi alətlərin keyfiyyətidir. Amerika istehsalçısı Franke dünya bazarında tələbatı və satışı yüksək olan məhsulların istehsalı ilə məşğuldur. Hər zövqə və büdcəyə uyğun gələn, paslanmayan poladdan hazırlanan məhsullar materialının keyfiyyəti və istifadənin uzunmüddətli zəmanəti ilə fərqlənir.Jofel şirkəti dünya üzrə tanınmış olub, 20 ildən çoxdur ki, hamam və tualetlər üçün gigiyenik avadanlıqların istehsalı ilə məşğul olur. Hamam və tualetlər üçün nəzərdə tutulmuş keyfiyyətli məhsullar və sərfəli qiymətlər şirkətin əsas üstünlükləridir. İstifadədən əvvəl bütün məhsullar ciddi yoxlanışdan keçirilir. Fransız şirkəti olan Santos 1954-cü ildə Andre Fuke tərəfindən yaradılmışdır. Şirkət bir çox professional avadanlıqların istehsalı ilə məşğuldur: qəhvəüyüdənlər, pendir sürtgəcləri, şirəçəkənlər, buzqıran blenderlər-hansılar ki, hotel, restoran və kiçik ticari obyektlər üçün əvəzolunmaz məhsullardır. Mühərrik istehsalına başladıqdan sonra şirkətin inkişafı daha sürətlə irəliləməyə başladı və bu sözsüz ki, şirkətin daha çox tanınmasını təmin edən səbəblərdən biri oldu. İlk məhsulunun istehsalından 50 il keçdiyi bir vaxtda şirkət innovativ və yeni məhsulların istehsalı ilə daha da irəliləyir.Danube Fransada kimyəvi təmizləmə obyekləri üçün avadanlıqların istehsalı ilə məşğul olan ilk şirkətlərdəndir. Professional avadanlıqların istehsalı, satışı və quraşdırılması üzrə dünya liderlərindən biri məhz Danube şirkətidir. Vollrath ictimai iaşə obyektləri üçün avadanlıq və lazımi materialların istehsalı ilə məşğul olur. Müxtəlif qızdırıcılar, merçandayzerlər, sobalar, mətbəx əşyaları, İsveç süfrəsi üçün stolüstü aksessuarlar və s.Vollrath şirkətinin əsas məhsullarıdır.Mepra 1946-cı ildə İtaliyada təsis olunan və stolüstü aksessuarların istehsalı ilə məşğul olan ilk şirkətlərdən biridir. Bu gün Mepra şirkəti stolüstü aksessuar, hotel və restoranların servisi üçün istifadə olunan əşyaların istehsalında Avropa lideridir. Şirkətin məqsədi keyfiyyətli, istifadəsi rahat və çoxfunksionallı aksessuarlar istehsal etməkdir. Bütün dünyada məşhur olan italyan dizaynı Mepra məhsullarında özünü biruzə verir. İstehsalatda mütəxəssislər yüksək keyfiyyətli paslanmayan polad materialdan istifadə edirlər. Aksessuarların qalınlığı məhsullarının keyfiyyətini göstərir. Belə ki, bəzi məhsulları 9 mm qalınlığa malikdir. Digər keyfiyyət amillərindən biri də Mepra məhsullarındakı güzgü effektidir. Bu şirkətin məhsulları qabyuyan maşınlarda yuyulduğu zaman yüksək dayanıqlıq göstərir. Mepra bıçaqları və çəngəlləri digərləri ilə müqayisədə daha itidir. Çəngəllərinin dişlikləri arası xüsusi işlənmişdir. Bu, dişliklər arasındakı qida qalıqlarının daha asan yuyulmasını təmin edir. Belə üsullarla Mepra gigiyena üzrə yüksək nəticələr əldə edir. Mepra bütün məhsullarını keyfiyyət yoxlanışından keçirir. Kiçik çatışmazlıqları belə olan məhsullar bazara çıxarılmır. Mepra hər zövqə və tərzə uyğun məhsulların istehsalını özündə cəmləyir. Belə ki, şirkət məhsulları ilə klassik tərzdən art-deko tərzinədək bütün tipləri əhatə edir. Bundan başqa, Mepra şirkəti mindən çox növdə mətbəx ləvazimatları da istehsal edir. Bütün dünya üzrə məşhur olan Churchills Chine PLC şirkəti məişətdə və professional istifadə üçün nəzərdə tutulmuş stolüstü aksessuarların istehsalı ilə məşğuldur. Şirkət 2 seqment üzrə fəaliyyət göstərir: qonaqların qəbulu və pərakəndə satış. Bu məhsullar keramik olub insan saxlamlığına heç bir zərərli təsir göstərmir.Bizim müştərilərimiz:Hilton Baku, Four Seasons, The Landmark Baku, Hotel Europe, Excelsior, Jumeirah Park Inn, Hyatt Regency, Milli Onkologiya Mərkəzi, Opera Sky, Şahdağ Kompleksi, Paşa İnşaat, Tosca, Sahil, Pacific, Sultan, Seba, Spa, Expo Azərbaycan, Bakı Port, Bakı Sağlamlıq Klubu, Onkologiya Mərkəzi və s.