ASAN School xəritədə

ASAN School

Bakı, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 36 AZ1078 *** 1 səs

ASAN School haqqında

ASAN School-un məqsədi Azərbaycanda könüllü fəaliyyətinin təkmilləşdirilməsidən və potensial kadr təminatını həyata keçirməkdən ibarətdir. Qeyd etmək lazımdır ki, könüllülər bu günə qədər yalnız “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərmişlər. “ASAN School” layihəsində isə könüllülərin həm “Asan xidmət” mərkəzlərində, həm də digər qurumlarda təcrübə keçməsi planlaşdırır.

Layihənin birinci hissəsi “Master 1”, ikinici hissə isə “Master 2” proqramı adlanır.“Master 1” proqramı könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün yaradılmış bir proqramdır. Bu proqramın əsas məqsədi gənclərin təhsil səviyyəsindən, ixtisasından asılı olmayaraq ümumi inkişaflarına dəstək olmaq, “ASAN xidmət” mərkəzlərinin işi ilə yaxından tanış etmək və onların Azərbaycan Respublikasında aparılan inzibati islahatlarda iştirakını təmin etməkdir.“Master 2” proqramı könüllü kimi ixtisas sahəsi üzrə təcrübə toplamaq istəyən gənclər üçün yaradılmış bir proqramdır. Bu proqramın əsas məqsədi gənclərin peşə bilik və bacarıqlarının inkişaf etdirilməsinə dəstək olmaqdır. “Master 2” proqramı çərçivəsində gənclər 7 həftəlik müddətdə müxtəlif dövlət və özəl qurumlara göndəriləcəklər. Bu müddət ərzində onlar təyin olunmuş qurumlarda təcrübə keçəcək və təlimlərdə iştirak edəcəklər.Hər iki hissəni uğurla bitirmiş könüllülərə sertifikat təqdim olunur.

ASAN School-un missiyası

ASAN School-un missiyası Azərbaycanda könüllü fəaliyyətinin təkmilləşdirilməsidən və könüllülərin praktiki bilik və bacarıqlarının gücləndirilməsindən ibarətdir.

ASAN School-un məqsədi və dəyərləri

  • Könüllülərin gələcək professional fəaliyyətdə uğur qazanmaları üçün praktiki biliklərlə təmin edilməsi.
  • Könüllülərin maariflənməsi, intellektual və mənəvi inkişafı, cəmiyyətdə fəal iştirakının düzgün istiqamətləndirməsi.
  • Istedadlı könüllülərin aşkarlanması və dəstəklənməsi.
  • Könüllülərin peşəkarlığının inkişaf etdirilməsi.
  • Bilikli və bacarıqlı könüllülərin formalaşdırılması.
  • Könüllülərin şəxsi inkişafı üçün şəraitin yaradılması.
  • Dövlətçilik - milli ruhun qorunması, inkişaf etdirilməsi və gələcək nəsil­lərə ötürülməsi;
  • Bərabərlik - bərabər imkanların yaradılması;
  • Maariflənmə - elmi və mədəni dəyərlərin aşılanması;
  • İnnovativlik – yeni və kreativ metodlardan istifadəsi;
  • Peşəkarlıq –fəaliyyət istiqamətlərinin sirlərinə bələd olma;
  • İnkişaf – fəaliyyətlərdən dinamik və davamlı nəticələrin əldə olunması prosesi.