AS Group Investment Şirkətlər Qrupu xəritədə

AS Group Investment Şirkətlər Qrupu

Bakı, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, 11B AZ1029 *** 2 səs

AS Group Investment Şirkətlər Qrupu haqqında

Dövlət və özəl sektorda 10 ildən artıq uğurlu kompleks layihələr həyata keçirən “AS Group Investment” Şirkətlər Qrupu regionun aparıcı developerlərindən biridir.Savadlı idarəetmə, güclü müasir texniki baza və dünyanın aparıcı texnologiyalarının tətbiqi, Şirkətlər Qrupunun qısa müddət ərzində qazandığı uğurların təməlini qoydu. Əldə olunan uğurlar öz növbəsində “AS Group Investment”in həm Azərbaycanda həm də digər ölkələrdə etibarlı tərəfdaş reputasiyasını qazanmağa imkan yaratdı. Bütün layihələr, konsepsiyasından başlayaraq tam təhvil verilməsinə kimi “AS Group Investment” və onun törəmə şirkətləri tərəfindən həyata keçirilir.

AS Group Investment şirkətinin fəaliyyət göstərdiyi sahələr

  • yaşayış binalarının layihələndirilməsi və inşası;
  • inzibati binaların layihələndirilməsi və inşası;
  • kommersiya obyektlərinin layihələndirilməsi və inşası;
  • tikinti məhsullarının istehsalı üçün xammal təchizatı;
  • sənayə müəssisələrinin inşası;
  • tikinti materiallarının istehsalı üçün xammal təchizatı;
  • tikinti materiallarının istehsalı: beton və beton bloklar, dəmir-beton məmulatları, armokarkas;
  • beton bloklar, səki daşları, bordür;
  • beton əlavələrin istehsalı;
  • tikinti texnikası və nəqliyyat xidmətləri;

İdarəetmənin keyfiyyətini, həmçinin müştərilərin məhsul və xidmətlərin keyfiyyəti ilə məmnunluğunu təmin etmək məqsədilə “AS Group Investment” aşağıda göstərilən missiya və siyasəti yerinə yetirmək öhdəliyini öz üzərinə götürür.

AS Group Investment şirkətinin missiyaları

  • Şirkətin idarəetmə sisteminin yaradılması və daim təkmilləşdirilməsi
  • Peşəkarlardan ibarət komanda yaratmaq və onun inkişafını təmin etmək
  • Əsrlər boyu xidmət edəcək, keyfiyyətli tikililər inşa etmək
  • Rahat həyatı şirkətin bir çox müştəriləri üçün əlçatan etmək
  • Gələcək nəsilləri yüksək həyat keyfiyyəti ilə təmin etmək
  • Gələcəyi ənənələrə hörmət etməklə və ən son texnologiyaları tətbiq etməklə qurmaq

AS Group Investment Şirkətlər Qrupunun Keyfiyyətin idarəolunması sahəsində siyasəti

  • Qanunvericiliyə və Beynəlxalq Keyfiyyətin İdarəolunması Standartına (İSO 9001) uyğun fəaliyyət göstərmək
  • Təhlükəsiz iş mühitini yaratmaq
  • Şəhərsalma və keyfiyyətli tikinti məhsullarının istehsalı üzrə dünya liderləri arasında aparıcı mövqe tutmaq
  • İstehlakçıların arzularını qabaqlayaraq istehsal və inşa etmək
  • Şirkət əməkdaşlarının rifahını yaxşılaşdırmaq
  • Tikinti və istehsalat sahəsində ancaq aparıcı texnologiyalardan istifadə etmək
  • Təbii sərvətlərdən mümkün dərəcədə effektiv istifadə etmək, ekologiyanı qorumaq
  • Xalq ənənələrinə hörmət etmək