Artlife Azerbaijan xəritədə

Artlife Azerbaijan

Bakı, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 32 AZ1000 *** 2 səs

Artlife Azerbaijan haqqında

Artlife Azerbaijan© təsviri incəsənətin gücü ilə insanlarda heyrət doğuran bir brenddir. Bu sahədə təklif etdiyimiz bütün xidmətlər üzrə yalnız və yalnız mükəmməllik təqdim etməyə çalışırıq. Bizim fəaliyyətimiz təsviri incəsənətin nə dərəcədə güclü bir məfhum olmasını nümayiş etdirməkdən ibarətdir. O cümlədən, biz mövcud rəssam və heykəltəraşlarımızın öz qabiliyyət və istedadlarını nəinki Azərbaycan hüdudlarında, həmçinin bütün dünyada tanınmasına böyük məmnunluq hissi ilə şərait yaradır və bununla fəxr edirik. Artlife Azerbaijan© öz fəaliyyətinə yeni başlamasına baxmayaraq, artıq hətta dünyanın bir sıra ölkələrində də tanınır və fəaliyyəti sevilərək izlənilir. Rusiya, Kipr, Polşa, Gürcüstan, Rumıniya və s. kimi ölkələrdə bizim əsərlər yüksək dəyərləndirilərək, şəxsi kolleksiyalarda saxlanılır. Bu, tək bizim deyil, Azərbaycan incəsənətinin gücü deməkdir.Biz öz dəyərlərimizə və missiyamıza sadiq qalaraq, keyfiyyət, mükəmməllik və peşəkarlıq nümayiş etdirməyə çalışırıq.

Misiya və məqsədlərimiz

Bizim gücümüz incəsənətin gücüdür. Təsviri incəsənətin gücünü sən də hiss et!Məqsədimiz müştərilərimizə və əməkdaşlarımıza maksimum məmnuniyyət bəxş etməkdən ibarətdir. Biz öz iş prinsipimizlə çalışırıq ki, Siz nəinki bizim xidmətlərdən razı qalasınız, həmçinin məhz bizi seçməyinizlə, bizim ilə əməkdaşlıq etməyinizlə qürur duyasınız. Rəsm əsərinin və ya hər hansı bir təsviri incəsənət nümunəsinin incə gözəlliklər dolu təsir gücünü praktik olaraq göstərməyə çalışırıq, bilavasitə təsviri incəsənətin gücünü nümayiş etdiririk.

Dəyərlərimiz

İnsanlar heyran olmağı, məmnun qalmağı sevirlər. Məhz buna görə də onlar bizim əsərləri sevirlər!

  • KEYFİYYƏT – Biz təklif etdiyimiz bütün xidmətlərimizin yüksək səviyyəli keyfiyyətə malik olmasına xüsusi önəm veririk və bunu çox vacib bir məsələ hesab edirik.
  • MÜKƏMMƏLLİK – Müştərilərimizə böyük dəyər verdiyimiz üçün biz onlara yalnız və yalnız ən mükəmməl və ən gözəl iş təqdim etməyə çalışırıq.
  • PEŞƏKARLIQ və İNDİVİDUAL YANAŞMA – Hər bir işimizdə öz peşəkarlığımızı nümayiş etdirməyə çalışırıq. Peşəkar kollektivimiz hər bir sifarişçi və müştərimizin məmnun qalması üçün onların istəklərinə individual yanaşır, bu istəkləri maksimum dərəcədə qarşılayır. Peşəkarlarla iş birliyindən siz də zövq alın!