Aroc Engineering Company haqqında
1998 – ci ilin İyul ayında, “PLUS” şirkətinin bazasında, “AROC” şirkəti təsis olundu və bu günə kimi onun hüquqi varisi kimi fəaliyyət göstərir. Yarandığı gündən 2005 – ci ilə kimi, “PLUS” şirkətinin fəaliyyəti Azərbaycana ventilyasiya avadanlıqlarının və kondisionerlərin idxalından ibarət olub. 2005 – ci ildə şirkətin adı “AROC” MMC kimi dəyişdirildi. Bu ad altında şirkət öz işinin icrasına davam etdi, layihələr hazırladı, eyni zamanda yaşayış binalarında, inzibati, ictimai, ofis binalarında, tibb və idman müəssisələrində, əyləncə və biznes mərkəzlərində, villalarda, otellərdə, basseynlərdə, spa – salonlarda, kondisioner sistemləri, ventilyasiya, isidici sistemlərinin quraşdırılması, eyni zamanda yüksək təzyiq üçün nəzərdə tutulan böyük qazanxanaların quraşdırılması ilə məşğul olur. Bundan başqa, “AROC” Azərbaycanda müxtəlif növ geotermik boruların istehsalı üzrə ixtisaslaşan tək firmadır. Şirkətin fəaliyyətinin əsas istiqamətləri Bakıda və Azərbaycanın digər regionlarında avropa istehsalı olan su təchizi sistemlərinin, ventilyasiya, soyutma və isitmə sistemlərinin satışı, montajı və xidmətidir. Müəssisə göstərilən xidmətlər üzrə müştərilərə tam zəmanət təqdim etməklə yüksək keyfiyyətli soyuducu sistemlər, ventilyasiya bsistemləri, müasir isidici sistemlərin idxalını həyata keçirir. “AROC” MMC – nin əsas fəaliyyəti dörd istiqamətdən ibarətdir. Birinci istiqamət – Türkiyədən, İtaliyadan, Almaniyadan, Fransadan kondisioner və ventilyasiya avadanlıqlarının idxalıdır. İkinci istiqamət – izolyasiya olunmuş boruların istehsalıdır (Azjeobor). Üçüncü istiqamət – soyuducu, isidici, ventilyasiya, su xətti, drenaj, kanalizasiya, bağların suvarılması, yanğına qarşı və elektrik sistemlərinin montajıdır. Dördüncü istiqamət – servis xidmətlərinin göstərilməsidir. Şirkətin ştat heyəti 100 nəfər texniki işçidən, yüksək ixtisaslı mühəndislərdən ibarətdir. Şirkətin işçilərinin topladığı təcrübə və biliklər sayəsində, şirkət minimal vaxt itkisi ilə eyni zamanda bir neçə obyektdə, istismar etibarlılığı və qənaətcil effektivliyi ilə fərqlənən soyuducu və isidici sistemlərin quraşdırılması ilə məşğul ola bilər.