Arkada Group haqqında
Arkada Group layihələndirmə və tikinti xidmətləri üzrə ixtisaslaşmış peşəkar Mühəndislər komandası tərəfindən yaradılan və təməlini Memarlıq Dizayn, Körpülərin, Bünövrələrin, Liman və Donanmaların, Dəmir Yollarının, Su və kanalizasiya boru kəmərlərinin, Loqistika Anbarı sahələrinin, həmçinin Sosial və ictimai yaşayış sahələrinin inşası kimi quran əsas biznes elementlərini özündə təşkil edən Məhdud Məsuliyyətli Cəmiyyətdir.Arkada Group hazırki biznes strukturunun əsası 1993-cü ildə hökumət sektorundan özəlləşdirilmiş və çoxmərtəbəli yaşayış binaları və anbar sahələri kimi çoxlu yeni infrastruktur layihələrini təkmilləşdirən və gözəlləşdirən “Arxitektor YİB” tərəfindən qoyulmuşdur.
2004-cü ildə idarəçilik yeni nəslin idarəetməsinə ötürülənədək əsas fəaliyyət 11 il bu istiqamətdə formalaşmışdır. Həmin vaxtdan etibarən şirkətin adı dəyişdirilərək “Arkada Beynəlxalq Tikinti Şirkəti” adı altında fəaliyyət göstərmiş və növbəti biznes sahələrinin genişləndirilməsi planlarının böyüməsinə nail olmuşdur. Bu müvəffəqiyyətli peşəkar tikinti fəaliyətinə BP GOC standart tikinti prosedurları əsasında həyata keçirilən ATC-SCP boru kəməri layihələri və AASHTO və Avro standartları əsasında yerinə yetirilən İpək yolunun tikintisi layihəsi daxildir. 2006-ci il ərzində Arkadanın rəhbərliyi “Master HR” adlı daxili İR şirkətinin yaradılmasını qərara aldı. Əsas məqsəd ən yaxşı mühəndislərin və personalın heyətimizdə qorunub saxlanılmasından ibarət idi, buna görə də biz gələcək nəsli Azərbaycanda və həmçinin beynəlxalq tikinti arenasında inşaat layihələrinin həyata keçirilməsində növbəti əməkdaşlıqlar üçün təlimlər keçərək hazırlayırıq.
2013-cü ilin 2-ci rübü ərzində Arkada Qrupunun maraqlarını ailə şirkəti şəklində genişləndirməklə, xüsusilə beynəlxalq tikinti bazarında uğur qazanmış inşaat şirkətləri ilə biznes əməkdaşlıqları qurmaq üçün məsuliyyətli bir qərar alındı. Bu birlik 50 illik təcrübəyə malik 60 yerli podratçını özündə birləşdirən müxtəlif növ tikintiləri həyata keçirən yüksək ixtisaslaşmış fəaliyyətdən ibarətdir. Yeni "Arkada Group" MMC-nın idarəetmə strukturu güclü kommersiya, podrat və tikinti prosedurlarına nəzarət etməklə idarəetmə sistemini bir çətir altında birləşdirir. "Arkada Group" MMC-nın layihələndirmə və mühəndislik ofisləri Azərbaycan və yaxın Xəzəryanı ölkələrdə yerləşən yüksək səviyyəli Sifarişçiləri tam təfərrüatlı dizayn və tikinti xidmətləri ilə təmin etməyə qadirdir.
"Arkada Group" MMC-nın missiyası və baxış fəlsəfəsi işləri heç bir hadisə baş vermədən ən yaxşı mümkün səmərəli tərzdə tamamlayaraq təhlükəsiz və vaxtında keyfiyyətlə çatdırılmaqla təchiz etməyə köklənmiş və istiqamətlənmişdir. Bizim beynəlmiləl idarəetmə komandalarımız şirkətin keçmişi və tarixi ilə qürur duyur, kiçik bir şirkətdən hazırki 65 nəfər ixtisaslaşmış idarəetmə və texniki nəzarət personalından ibarət peşəkar tikinti komandası halına gəldiyimizə görə öz sadiq Müştərilərimizi yüksək qiymətləndiririk. Biz İSO tikinti və layihə idarəetmə sisteminə tam inteqrasiya olmuşuq. Təxmini olaraq bizim illik iş həcmimizin yarısının mənbəyini öz mənfəət və investisiyalarının ən yaxşı istehsal həcmini təmin edəcəyi üçün Arkadaya etibar edən Müştərilərimizlə təkrar biznes təşkil edir. Arkada Qrupunun öhdəlikləri uzunmüddətli biznes planlarına əsaslanır. Biz hazırda Azərbaycanda bir çox podrat işləri həyata keçirməkdəyik və eyni zamanda beynəlxalq müqavilələrə əsaslanan dəvətləri məmnuniyyətlə qəbul edirik.
Layihələrimizin tələb olunan şəkildə təşkil edilməsi, idarə olunması və təhvilinin təmin edilməsi və biznes strategiyası xidmətlərin tam təsvirini göstərir. Arkada Qrupunun Müştəriləri bizim inşaat bacarıqlarımıza söykənən ixtisaslı idarəetmə resursları əsasında tamamlanmış rəqabətədavamlı dizayn və tikinti seçimi hüququ əldə edə bilirlər. Arkada Qrup böyük həcmdə tikinti materialları və avadanlıqların təcili çatdırılmasına, vaxtında və büdcə daxilində təmin edilməsinə xidmət edir.