AquaLink xəritədə

AquaLink

Bakı, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 207 AZ1141 *** 2 səs

AquaLink haqqında

AquaLink Azərbaycan şirkəti ölkəmizdə su təmizliyi və su hazırlanması sahəsində fəaliyyətə başlamışdır. Şirkətimiz Almaniyanın kimyəvi məhsullar istehasalı üzrə ixtisaslaşmış “Link Chemie AG” müəssisəsinin Azərbaycan nümayəndəliyini həyata keçirir. “Link Chemie AG” kimya sektorunda, o cümlədən içmə suyu dezinfektantları, qazanxana kimyəvi əlavələri, səth dezinfektantları və CİP temizliyi sahəsində Almaniyada 35 illik təcrübəsi olan bir müəssisədir. Müəssisənin istehsalı olan bir çox məhsul patentləşdirilib və istifadə və istehsal hüquqları qorunur. Elmi araşdırmalar və sınaqlar nəticəsində bir çox inqilabi kəşflər edilmişdir. Hazırda AquaLink Azərbaycan şirkəti Almaniyanın “LİNK Chemie AG” şirkətinin məhsullarının Azərbaycan bazarında satışını və satış sonrası xidmətlərini həyata keçirir. Bununla yanaşı Almaniyanın su təmizliyində istifadə olunan xüsusi təyinatlı avadanlıqlarının (filtrə, əks osmos, su yumşaldıcıları) idxalı, quraşdırılması və layihələndirilməsi şirkətimiz tərəfindən həyata keçirilir. AquaLink Azərbaycan şirkəti Türkiyənin “AquaLink Kimya Tic.LTD.STİ” şirkətinin rəsmi Azərbaycan təmsilçiliyini həyata keçirir. Türkiyədə geniş bazar payı olan və Türkiyənin ən öncül şirkətlərinə su təmizliyi, su hazırlanması, layihələndirilməsi və dezinfeksiyası sahəsində xidmətlər göstərir. Referanslar bölməsində əməkdaşlıq etdiyimiz şirkətlərin bir qismi ilə tanış ola bilərsiniz.