Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası xəritədə

Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası

Bakı, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi, 1996 AZ1052 *** 0 səs

Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası haqqında

Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası 29 iyun 2004-cü il tarixli Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının qanununun tətbiqi ilə əlaqədar 2007-ci ildə təsis olunmuş və yarandığı gündən etibarən maliyyə hesabatlarının beynəlxalq standartlarına keçidlə bağlı layihələrdə fəal iştirak etmiş, geniş təcrübə toplamış və hal-hazırda ölkədə ən öndə gedən və beynəlxalq akkreditasiyalara malik olan qurum kimi fəaliyyətini uğurla davam etdirir.

İlk dəfə olaraq APFM tərəfindən 2007-ci ildə Azərbaycanda Avropanın və Asiyanın bir çox ölkələrinin nüfuzlu qurumlarının nümayəndələrini cəmləşdirən Mühasiblərin və Auditorların 1-ci Avrasiya Forumu keçirilmişdir və APFM Mühasiblərin və Auditorların Forumunun Azərbaycanda rəsmi koordinatoru kimi bu ənənəni davam etdirərək 2008 və 2011-ci illərdə də respublika əhəmiyyətli belə bir möhtəşəm tədbirin yüksək səviyyədə keçirilməsinə nail olmuşdur.

APFM

Professional Maliyyə Menecerləri Assosiasiyası Böyük Britaniyanın Sertifikatlaşmış Maliyyə Menecerləri İnstitutunun Azərbaycanda nümayəndəsi kimi fəaliyyət göstərir. Bu İnstitut (Institute of Certified Financial Management) (ICFM) dünyanın ən iri mühasibat təşkilatı olan- Sertifikatlaşmış Mühasiblər İnstitutu (Institute of Certified Book-keepers) (ICB Global) və Böyük Britaniyanın ən qədim peşəkar təşkilatlardan biri olan Kommersiya İnstitutu (Institute of Commerce) tərəfindən yaradılmışdır. Britaniya Kral ailəsinin nümayəndəsi Zati-aliləri Prins Maykl Kent İCFM-in patronu elan edilmişdir.

15 dekabr 2008-ci il Haykler qalasında keçirilən illik yığıncaqda Prins Maykl Kent çıxış edərək İCFM-in maliyyə menecerlərinin və direktorlarının maraqlarını təqdim edən peşəkar təşkilatlar sırasında öz layiqli yerini tutacağına əmin olduğunu bildirmişdir.Beynəlxalq qurumlarda təcrübəyə əsaslanaraq Assosiasiya Azərbaycanda da üzvlük proseslərini həyata keçirmək məqsədilə yeni layihəyə başlamışdır və üzvlər üçün aşağıda sadalanan imtiyazları təklif edir.

  • CPD və karyera perspektivləri ilə təmin olunur
  • İldə 2 dəfə seminar treninqlərdə iştirak edir
  • Tədris proqramlarında xüsusi güzəştlərlə təmin olunur
  • Londonda və dünyanın digər ölkələrində təşkil olunan beynəlxalq forumlarda iştirak edir
  • Maliyyə və mühasibat uçotu sahəsində təcrübəli kadr kimi işlə təmin olunmaq üçün təşkilatlara tövsiyyə edilir
  • Mütəmadi olaraq informasiya ilə təmin olunur (elektron və jurnal)
  • Maliyyə və mühasibat uçotu üzrə peşəkar məqalələrini beynəlxalq nəşrlərdə çap etdirmək imkanı əldə edir