Ant Hill xəritədə

Ant Hill

Bakı, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 25 AZ1000 *** 1 səs

Ant Hill haqqında

"Ant Hill" ticarət şəbəkəsi 2006-cı ildə yaradılmışdır. Yüksək keyfiyyətli zərgərlik məmulatlarının geniş çeşidi öz müştərilərini məmnun edir. Firmanın mağazalarında siz xüsusi zövqlə seçilmiş zinyət əşyalarını görəcəksiniz. Alış-veriş üçün bizə müraciət etdikdə siz məhz tələblərinizə uyğun olanı çox münasib qiymətə tapa bilərsiniz. Dünyaca məşhur markalar "Vitrage" və "Ant Hill" -in zərgərlik məmulatları Bakı mağazalarının vitrinlərini bəzəyir. "Ant Hill" məşhur avropa brilliant əşyaların təchizatı üzrə ixtisaslaşmış çoxsaylı brendləri özündə birləşdirən zinyət əşyaları mağazasıdır.

Ant Hill mağazası

Mağazanın interyeri bioloji təmiz materialların - daş, taxta və travetinin sintezindən art-dekor üslubuna müvafiqdir. Вurada hər bir brend özünə uyğun rəng çaları ilə ayrı ayrılıqda yerləşdirilmişdir. Burada Avropanın məşhur "Giorgio Visconti", "Magerit", “Claudio Fiorentino", "New Italian Art", "Favero" brendlərinin zinyət əşyaları vardır. Klassik zinyət əşyalarından - qolbağ, üzük, gərdanlıq, sırğa, boyunbağılar - başqa burada xüsusi maraqlı suvenirlər və "Montegrappa" brendinin masaüstü ləvazimatları, lüks mobil telefon firması "Goldvish" mobil telefonları, "Saint Honore" markalı saatlar tapa bilərsiniz. İşçi heyətimizin peşəkarlığı və onların bənzərsiz zövqü hətta ən titiz müştərinin tələblərinə uyğun belə xüsusi zinyət əşyasını zərifliklə seçməyə imkan verir. Bizim mağazada müxtəlif metallar, qiymətli və yarı-qiymətli daşlardan klassik, modern, ekstravaqant üslubda zinyət əşyaları təqdim olunur. Möhtəşəmliyi və keyfiyyəti birləşdirən "Ant Hill"-dən etdiyiniz alış-veriş mağazamızda yaradılmış rahat atmosfer və gülərüz personal sayəsində zövqə çevriləcək.