Zoo Boutique xəritədə

Zoo Boutique

Bakı, Səbail rayonu, Xaqani küçəsi, 20 C AZ1000 *** 3 səs

Zoo Boutique haqqında

www.animal.az internet maqazini yeni fəaliyyətə başlamasına baxmayaraq heyvansevərlərə bol çeşidli məhsullar təklif edərək, geniş seçim imkanı yaradır. Siz sevimli ev heyvanınız üçün ən keyfiyyətli yemləri və onun sağlamlığı, gözəlliyi üçün lazım olan müxtəlif məhsulları bizim internet maqazindən əldə edə bilərsiniz. Artıq dəyərli vaxtınızı sərf edərək maqazinə getməyə və ağır yüklər daşımağınıza ehtiyac olmayacaq. Siz sadəcə www.animal. az  internet maqazinindən sifariş edin və istədiyiniz məhsul qapınıza gəlsin.

Animal.az zoomağaza

“Animal” internet maqazini Sizə ev heyvanları, onlar üçün müxtəlif məhsullar, o cümlədən də çox çeşidli yem satışı və bir çox digər xidmətləri təqdim edir. Siz ev heyvanları üçün lazımi yemləri, aksessuarları, dərmanlar və gigiyenik vasitələri www.animal.az internet maqazinindən onlayn, həmçinin birbaşa maqazinin təcrübəli və güləriz personalından əldə edə bilərsiniz.

Bizim zoomaqazin sevimli ev heyvanınız üçün aşağıdakı məhsulları və xidmətləri təklif edir:

  • İt, pişik, quşlar, balıqlar, gəmiricilər, dovşanlar, sürünənlərin satışı
  • Ev heyvanları üçün müxtəlif çeşidli keyfiyyətli yemlər
  • Ev heyvanları üçün dərmanlar
  • Ev heyvanları üçün müxtəlif aksessuarlar (boyunbağı, bio-rulet, it və pişiklər üçün tualet-qayıq, bio-tualet, ağızlıq, paltarlar, bəzək əşyaları, yataq, oyuncaqlar və bir çox digərləri)
  • Müxtəlif gigiyenik vasitələr (şampunlar və s.)
  • Balıqlar üçün geniş çeşidli akvariumlar və akvarium üçün aksessuarlar
  • Sürünənlər üçün terrarium, lampa, isinə bilən daşlar, substratlar və s.
  • Xidmətlərə bütün növ heyvanlara tibbi yardım, it və pişiklərin dırnaqlarına qulluq, pəncə və qulaqlarının işlənməsi, həmçinin dəbə uyğun saç kəsimi və digərləri aiddir

Sevimli ev heyvanınızı həmişə enerjili, baxımlı, xoşbəxt və sağlam görmək istəyirsinizsə yolunuzu bizim zoomaqazindən salın.