Anar Optik salonları pasiyentlərin tez və keyfiyyətli müayinəsini aparmaq, uşaqların, böyüklərin, yaşlıların dəqiq göz diaqnozunu qoymaq imkanı yaradan müasir diaqnostika aparatları ilə təchiz edilib. Göz mürəkkəb foto-optik, fizioloji sistemdir. Gözün optik sisteminin ayrı- ayrı elementlərinin müxtəlif ölçü üsulları mövcuddur. Refraksiyanın dəqiq müəyyən edilməsi refraktometr vasitəsi ilə mümkündür. Bu məqsədlə ANAR OPTİK-in mütəxəssisləri Yaponiya istehsalı olan müasir TOPCON və NİDEK apparatlarından istifadə edirlər. Refraktometrin köməyi ilə diaqnoz təyin olunur: miopiya (yaxından görmə) 0-dan-25D-dək, hipermetropiya (uzağı görmə) 0-dan+25D-dək, presbiopiya (yaşla bağlı dəyişikliklər), cərrahi müdaxilədən sonra astiqmatizm (sadə, qarışıq, mürəkkəb), linzalı və linzasız katarakta (mirvari suyu), həmçinin göz bəbəkləri arasında olan distansiyanın ölçülməsi. Sonra reseptə uyğun, eynək optic məsləhətçilərin köməkliyi ilə seçilir.
Anar Optikin həkimləri həmçinin TOPCON markalı keratometr və biomikroskop apparatlarından da istifadə edirlər. Keratometr apparatının köməyi ilə həkimlər buynuz qişanın özül əyriliyini təyin edirlər, bu da linzaların təyin olunmasında mühüm əhəmiyyət kəsb edir. Biomikroskopla buynuz təbəqəsi və buynuz təbəqəsindəki vəziyyət müayinə olunur. Görmə itiliyinin təyini oftolmoloji cədvəli əvəz edən proyektorun köməyilə həyata keçirilir. Unutmaq olmaz ki, uzun müddət düzgün və yaxud ümumiyyətlə korreksiya olunmayan görmə qüsurları bir müddətdən sonara təmbəl göz deyilən (elmi adı amblyapiya) halın yaranmasına səbəb ola bilər ki, bu patologiyanı çox vaxt nəinki eynək vasitəsilə, hətta cərrahi yolla belə aradan qaldırmaq olmur. Bununla bağlı klinik refraksiyanın qabaqcadan müəyyən edilməsi və vaxtlı-vaxtında optimal optik korreksiyanın tətbiqi vacibdir. Uşaqlarda da miopiya, hipermetropiya və xüsusi ilə də astiqmatizmin dəqiq diaqnostikası vacibdir.