Amkodor-Baku xəritədə

Amkodor-Baku

Bakı, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 25B AZ1052 *** 2 səs

Amkodor-Baku haqqında

"Amkodor" – MDB məkanında xüsusi maşınların istehsalı üzrə lider kimi tanınır. Hər il şirkət 5 min ədəddən çoc texnika istehsal edir. İstehsal dünya standartlarına uyğun olaraq sertikatlaşdırılıb. “Amkodor” Holdinq 2013-cü ildə Azərbaycanda «Amkodor-Baku» LTD-nin əsasını qoyub. Yeni şirkət Azərbaycan tərəfdaşı ilə birgə yaradılıb.Onun fəaliyyəti “Amkodor” Holdinqin yol-inşaat, kommunal, kənd təsərrüfatı, aerodrom və s. üçün olan xüsusi texnikasının satışından, zəmanət və zəmanətdən sonrakı xidmət və təmirdən, texnikanın çatdırılması servisi xidmətindən, ehtiyat hissələrinin satışından, materialların istifadəsi və komplektləşdirilməsindən ibarətdir. "Аmkodor" markasının maşınları Azərbaycanda böyük tələbatla istifadə olunur. Bu yaxınlarda holdinq Bakıda “Azərbaycanın meliorasiya və su təsərrüfatı“ ASC üçün 88 yükləyici ekskavatorun çatdırılması üzrə tenderdə qalib gəldi. Azərbaycan bazarında “Amkodor”-un aşağıdakı məhsulları tanınır: Ümumi və universal malyükləyənlər istehsalı, МТZ traktorlarının bazasında olan maşınlar, teleskopik oxlu yükvuran maşınlar, bortlu yükvuran maşınlar, vibrasiyalı və iki vallı yolbasanlar, kiçik yol-tikinti texnikası, mini yükvuran maşınlar, yük vuran və yük boşaldan xüsusi texnika, kommunal qartəmizləyən maşınlar, qravitasion beton qarışdıranlar, yer eşənlər. Bu gün Holdinqin xüsusi texnikasında 90-dən artıq model və modifikasiyada maşın var.