“Alov” zavodu optik cihazların hazırlanması və təmiri məqsədiləə SSRİ Müdafiə Sənayesi Nazirliyinin əmrinə əsasən 1975-ci ildə Azov optik-mexaniki zavodunun filialı kimi yaradılmışdır. Zavod 1993-cü ildən Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin nəzdində fəaliyyətinə davam etdirir. Müəssisə 2008-ci ildə “Alov” zavodu adlandırılmışdır.
"Alov" zavodunun istehsalat fəaliyyətinin əsas istiqamətləri
- elektron məhsulların istehsalı;
- optik cihazların istehsalı;
- neft qazma qurğuları üçün tez yeyilən dəqiq ehtiyat hissələrinin istehsalı;
- gəmilər üçün ehtiyat hissələrinin istehsalı və yastıqların babitləmə və elektroliz üsulu ilə təmiri;
- metro vaqonları üçün tez yeyilən və digər ehtiyat hissələrinin istehsalı;
- xalq istehlakı mallarının istehsalı.
"Alov" zavodunun istehsal etdiyi məhsullara bunlar daxildir.Xüsusi təyinatlı məhsulları-Proqram üzrə ;Mülki təyinatlı məhsulları -aşağıda qeyd olunmuşdur.
Neftqazma qurğuları üçün:
- qaz valı;
- qaz şturvalı V2-450;
- müxtəlif vallar;
- müxtəlif dişli çarxlar;
- nazim çarx (yığım);
- müxtəlif növ metizlər (sancaq, bolt, qayka);
- şiber siyirtməsi (5", 6", 10");
- dartıcı vint (birtərəfli və ikitərəfli);
- aqreqatı sıxan tərtibat.
Меtro vaqonları üçün ehtiyat hissələri:
- muftalar;
- stəkan;
- asılqan;
- qapı lövhələri;
- yastıqlar;
- müxtəlif ölçülü vallar;
- qapaqcıq.
Gəmilər üçün ehtiyat hissələri:
- müxtəlif növ yastıqların təmiri;
- SS-328 və SS-373 işıqlandırıcıları;
- müxtəlif metizlər;
- ehtiyat hissələri.