Alov Zavodu xəritədə

Alov Zavodu

Bakı, Binəqədi rayonu, Tbilisi prospekti, 77 AZ1100 *** 3 səs

Alov Zavodu haqqında

“Alov” zavodu optik cihazların hazırlanması və təmiri məqsədiləə SSRİ Müdafiə Sənayesi Nazirliyinin əmrinə əsasən 1975-ci ildə Azov optik-mexaniki zavodunun filialı kimi yaradılmışdır. Zavod 1993-cü ildən Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin nəzdində fəaliyyətinə davam etdirir. Müəssisə 2008-ci ildə “Alov” zavodu adlandırılmışdır.

"Alov" zavodunun istehsalat fəaliyyətinin əsas istiqamətləri

  • elektron məhsulların istehsalı;
  • optik cihazların istehsalı;
  • neft qazma qurğuları üçün tez yeyilən dəqiq ehtiyat hissələrinin istehsalı;
  • gəmilər üçün ehtiyat hissələrinin istehsalı və yastıqların babitləmə və elektroliz üsulu ilə təmiri;
  • metro vaqonları üçün tez yeyilən və digər ehtiyat hissələrinin istehsalı;
  • xalq istehlakı mallarının istehsalı.

"Alov" zavodunun istehsal etdiyi məhsullara bunlar daxildir.Xüsusi təyinatlı məhsulları-Proqram üzrə ;Mülki təyinatlı məhsulları -aşağıda qeyd olunmuşdur.

Neftqazma qurğuları üçün:

  • qaz valı;
  • qaz şturvalı V2-450;
  • müxtəlif vallar;
  • müxtəlif dişli çarxlar;
  • nazim çarx (yığım);
  • müxtəlif növ metizlər (sancaq, bolt, qayka);
  • şiber siyirtməsi (5", 6", 10");
  • dartıcı vint (birtərəfli və ikitərəfli);
  • aqreqatı sıxan tərtibat.

Меtro vaqonları üçün ehtiyat hissələri:

  • muftalar;
  • stəkan;
  • asılqan;
  • qapı lövhələri;
  • yastıqlar;
  • müxtəlif ölçülü vallar;
  • qapaqcıq.

Gəmilər üçün ehtiyat hissələri:

  • müxtəlif növ yastıqların təmiri;
  • SS-328 və SS-373 işıqlandırıcıları;
  • müxtəlif metizlər;
  • ehtiyat hissələri.