Almet xəritədə

Almet

Bakı, Buzovna qəsəbəsi, Xəzər rayonu, Qəsəbə, 24 AZ1090 *** 1 səs

Almet haqqında

Almet Metalmədəniməişət ASC ― bir əsrlik tarixə və ənənələrə malik dinamik inkişaf edən çoxprofilli şirkətdir. 1937-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində kustar emalatxana və artellər bazasında təşkil edilmiş müəssisə, 1978-ci ildə “ Metallokombinat 150-dən artıq xalq məişəti məmulatları buraxan zavod statusu aldı və “ Metallokultbit adlandırıldı,2002-ci ildə isə adı dəyişdirilərək Metalmədəniməişət Açıq Səhmdar Cəmiyyəti oldu.Bu illər ərzində Metalmədəniməişət ASC daim inkişaf edərək, öz strukturunu təkmilləşdirərək çoxşahəli bir müəssisəyə çevrilmişdir.

Almet Metalmədəniməişət şirkətinin fəaliyyəti

Şirkət əlvan metaldan tökmə üsulu ilə yüzlərlə məhsullar istehsal edərək illərdiki Azərbaycanın inşaat bazarının metal sektorunda “ ALMET ” markası altında öz liderlilik pozisiyasını qoruyub saxlayır.Bu uzun illəri əhatə edən uğurlu fəaliyyətimiz nəticəsində bizim şirkət böyük təcrübə və müştərilərin rəğbətini qazanmışdır.Şirkətimiz müştərilərə beynəlxalq standartlara cavab verən çeşidli və keyfiyyətli ,qeyri adi işləmələri olan fərqli məhsullar təqdim edir.Şirkətimizin əsas prioritet məqsədi Bakımızın və Respublikanın inkişafında, gözəlləşməsində iştirak etmək,qarşiya qoyulan məqsədlərin öhdəsindən layiqincə gəlməkdir.Məhsulumuzun keyfiyyəti üç dayaq üzərində qurulmuşdur :

  • Keyfiyyətli xammal
  • Müasir texnologiyaların tətbiqi
  • Əməkdaşların yüksək peşəkarlığı və operativliyi