Alma Store Park Bulvar xəritədə

Alma Store Park Bulvar

Bakı, Səbail rayonu, Neftçilər prospekti, 1 АZ1001 *** 3 səs

Alma Store Park Bulvar haqqında

Şirkətimiz fəaliyyətinə 2005-ci ildə avtorizə olunmuş reseller kimi başlamışdır. Apple İNC ilə müqavilə bağlayaraq ilk dəfə Apple məhsullarını rəsmi Azərbaycana gətirmişdir.Biz Apple haqda hər şeyi bilirik. Sizə həyat tərzinizə və ya tələblərinizə uyğun Mac, iPad və ya iPod seçməkdə kömək edəcək, əldə etdiyiniz məhsulun bütün xüsusiyyətlərini göstərəcək və ya Mac platforması üzrə Apple kurslarından keçməkdə sizə kömək edəcəyik.Bizim mağazalarda Mac, iPad və iPod-u rahatlıqla sınaqdan keçirə bilər, yeni təqdim olunmuş Apple məhsullarını nümayişini seyr edə və ya yeni texnologiyalara həsr olunmuş seminar və tədbirlərdə iştirak edə bilərsiniz.

Alma Store komandası

Komanda — mağazalarımızın əsas üstünlüklərindən biridir.Biz işə qəbul və təlim prosesinə məsuliyyətlə yanaşırıq və bu səbəblə də mağazalarımızı ziyarət edən hər bir müştərimiz üçün ən yüksək xidməti təmin edə bilirik.Konsultantlarımız Apple təlimlərindən keçərək peşəkar Apple mütəxəssisi statusunu əldə etmişlər və sizə Mac komyuterləri, iPad planşetləri, iPod pleyerləri, aksesuarlar seçimində köməklik edəcək və Mac kompyuterlərinin əməliyyat sistemi - OS X və mobil qurğularda istifadə olunan iOS əməliyyat sistemi haqda lazım olan bütün suallarınıza cavab verəcəklər.

Apple Premium Reseller

Alma Store şirkəti üçün Apple Premium Reseller statusu almaq qürurverici haldır.Apple Premium Reseller – yüksək peşəkarlıq və xidmət səviyyəsi ilə Apple tərəfindən tanınmış müstəqil diler mağazalarıdır. Mağazalar Mac, iPad və iPod məhsulları üzrə ixtisaslaşıb, aksesuar və proqram təminatı üzrə geniş seçim təklif edir. Siz hər zaman mağazalarımızda yeni təqdim olunmuş Apple məhsullarının nümayişini seyr edə bilər və bizim ixtisaslaşmış Apple mütəxəssislərimizdən lazımlı məsləhətlər ala bilərsiniz.

Biz Apple Premium Reseller statusunun bütün tələblərinə cavab vermək üçün daim çalışırıq və adi istifadəçilərdən, frilanser və biznes professionallara qədər bütün müştərilərimizi mağazalarımızda görməkdən məmnunuq. Alma Store Apple istifadəçiləri üçün lazım olacaq bütün – məhsullar, xidmətlər, dəstək və təhsil xidmətlərini təklif edir.Alma Store Sizə Mac, iPad və iPod-dan maksimum istifadə edə bilməniz üçün təhsil üzrə individual dəstək və xidmətlər təklif edir. Biz tez-tez rəqəmsal fotoqrafiya, video montaj, qrafik dizayn və musiqi sevərlər üçün seminarlar təşkil edirik.