Alliance Assist xəritədə

Alliance Assist

Bakı, Ələsgər Ələkbərov küçəsi, Yasamal rayonu, 3 AZ1000 *** 5 səs

Alliance Assist haqqında

Alliance-Assist, sığorta şirkətlərinə, korporasiyalara,müxtəlif növ maliyyə qurumlarına,tibb mərkəzlərinə, həmçinin individual müştərilərə profesional yardım, xidmətlər göstərən müstəqil şirkətdir. Fəaliyyətimizdə əsas mövqeyi tibbi assistanlıq xidmətləri tutur. Avropa və Asiyanın bir sıra sığorta və assistan şirkətləri,korporasiyaları ilə eksklüziv razılaşmalarımız, kontraktklarımız mövcuddur.Ölkəmizdə dünyanın ən müasir standartlarına cavab verən, peşəkar tibbi ekspertləri ilə seçilən, Bakının demək olar ki, bütün rayonlarını əhatələyən tibb mərkəzləri ilə əməkdaşlıq edirik. Azərbaycanda və ölkəmizdən kənarda tibbi turizmin təşkili xidmətləri göstəririk. Həmçinin ölkəmizdə analoqu olmayan tibbi cihazlar və mükəmməl hazırlıq keçmiş personal vasitəsi ilə evdə tibbi xidmətin təşkilini həyata keçiririk.

Xaricdə müalicənin təşkili. Səhhətinizlə bağlı ciddi problem yaranarsa Alliance-Assist,partnyorlarımız olan dünyanın qabaqcıl tibb mərkəzlərində müalicəni təşkil edir. Tibbi sənədlərin xarici dillərə tərcüməsi, viza alınması məsələsi də Alliance-Assist tərəfindən həll edilir. Alliance-Assist həmçinin laborator analiz nümunələrinin Avropanın qabaqcıl laboratoriyalarında yoxlanılmasını və nəticələrin evinizə çatdırılmasını təmin edə bilər .Aşağıda adları çəkilən klinikalarda müayinə və müalicənizi təşkil edə bilərik.

Alliance-Assist şirkətinin xidmətləri

Azərbaycanın tibbi xidmətlər sektoruna peşəkar və çoxşaxəli xidmət və məhsullarımızla daxil olmaqdan qürur duyuruq.“Alliance Assist”şirkəti olaraq qarşımıza qoyduğumuz başlıca məqsəd ölkəmizin sürətli iqtisadi inkişafına fəaliyyətimizlə dəstək verməkdir. Əsas prinsipimiz müştərilərimizin etimadını doğrultmaq və bu sektorda nümunəvi xidmətlər təşkil etməkdir. Şirkətimizin fəaliyyət miqyası, tibbi informasiya sahəsindən tutmuş yerində tibbi xidmətlərin təşkilinədək kifayət qədər geniş sahələri əhatə edir. Xidmətlərimizin təşkilində Azərbaycanın və dünyanın qabaqcıl şirkət və tibb mərkəzləri ilə əməkdaşlıq edirik. Şəxsi heyətimiz yetərincə böyük təcrübəyə malik, xarici ölkələrdə təhsil almış və ixtisaslaşmış peşəkarlardan təşkil olunub. Bir sözlə səhhətinizin qorunması, sağlamlığınızın bərpası üçün zəruri olan istənilən xidmətdən “Alliance Assist”vasitəsi ilə faydalana bilərsiniz.