Əliyev və K. haqqında
ALİYEV & Co. şirkəti 1993-cü ilin 16 noyabrında Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmışdır.
ALİYEV & Co. şirkəti ticarət və məişət xidmətləri sferası — (kafelər, restoranlar, mehmanxanalar və sair) üçün nəzərdə tutulmuş və sahədə istifadə olunan avadanlıqların istehsalı, idxalı, satışı və təmir olunması sahəsində fəaliyyət göstərir. Eyni zamanda müəsisədə inşaat materialları, həmçinin təbii kirəmit dam örtükləri və penoplast istehsal olunur. Hal hazırda müəsisədə daxili bazarda olduğu kimi xarici bazarlarda satılan 60 müxtəlif adda məsul istehsal edilir.
ALİYEV & Co. şirkəti bütün dünyada mütərəqqi və etibarlı texnologiya hesab edilən alman texnologiyasına üstünlük verir. Hazırda şirkətin bütün istehsal xətləri məhz alman texnologiyasına əsaslanır.
Müəsisə, 20-dən çox ölkə ilə ixrac- idxal əməliyyatları aparır. Müəsisəmiz bir çox ölkələrin, o cümlədən Rusiya, Ukrayna, Qazağıstan, Türkmənistan, İran, Türkiyə, Fransa, Almaniya və digər dövlətlərin müəsisə və şirkətləri ilə iqtisadi partnyorluq əlaqələri yaratmışdır.
Biz Rusiyanın Sankt-Peterburq, Tambov, Voronej, Tver şəhərlərində, həmçinin Türkiyə, Cənubi Koreya Respublikasında fəaliyyət göstərən şirkətlərdən ticarət sahəsində geniş istifadə olunan tərəzi — ağırlıq ölçmə avadanlıqlarının idxal olunmasını və satışını təşkil edirik.
2003-cü ilin noyabr ayında biz müəsisəmizin quruluş onilliyini qeyd etdik.
Bu səbəblə təşkil olunmuş tədbirdə dəvət olunmuş çox sayda ölkələrin numayəndələri müəsisəmizdə istehsal olunan ticarət avadadanlıqlarının keyfiyyətini yüksək qiymətləndirmiş, bu sahədə bizim təcrübəmizi və əldə etdiyimiz nailiyyətləri vurğulamışlar.
Hal hazırda müəsisəmizin Qazağıstan, Özbəkistan və Belorusda rəsmi nümayəndəliklərinin açılması planlaşdırılır.