Əli və Nino Metro Park xəritədə

Əli və Nino Metro Park

Bakı, Montin qəsəbəsi, Nərimanov rayonu, Təbriz küçəsi, 44 AZ1000 *** 4 səs

Əli və Nino Metro Park haqqında

«Əli və Nino» təməli 2005-ci ildə qoyulmuş aktiv inkişaf edən kitab satışı şəbəkəsidir.«Əli və Nino» mağazalarında kitabsevərlərin nəzərinə 40 mindən çox sayda klassik, müasir Azərbaycan, türk, xarici və rus ədəbiyyatının inciləri, həmçinin uşaq ədəbiyyatı, dərslik və peşə-ixtisas nəşrləri, nəfis rəssamlıq albomları və bir sıra xarici dillərdə müxtəlif kitablar təqdim olunur. Eyni zamanda mağazmızda evdarlıq və əyləncə mövzularında da çoxlu sayda kitablarımız, bələdçi kitabları, dəftərxana malları, pazllar, uşaqlar üçün inkişafedici oyunlar, əlfəcinlər və s. bu kimi mallar da vardır. «Əli və Nino» durmadan inkişaf etməsi və sevimli müştərilərinə yüksək səviyyəli xidmət göstərməsi üçün daim nəhəng Azərbaycan, Türkiyə, Rusiya və Qərb nəşriyyatları ilə əməkdaşlıq edir.«Əli və Nino» dükanlarında və Bookcafe-lərində tez-tez ədəbiyyat axşamları, konsertlər, tanınmış simalarla görüşlər keçirilir. Sizlər də təqdimat mərasimi, yaxud da kiçik bir seminar təşkil etmək istəyirsinizsə, bizə müraciət edin.

Alinino.az internet kitab mağazası

Alinino.az internet kitab mağazası kitabsevənlər üçün rahat servis xidməti göstərir. Əgər siz kitab almaq istəyirsinizsə, bu işdə bizim saytımız sizə yardımçı ola bilər. Saytda müxtəlif janrlarda kitablar, ensiklopediyalar, klassik əsərlər, belletristika, müasir və elmi bədii əsərlər təklif olunur. Kitab mağazası Bakıda hər kəs üçündür.Demək olar ki, hər biriniz sizə lazım olan kitabı hardan almaq problemi ilə üzləşmisiniz. Əvvəllər, bir kitabı almaq üçün bir neçə kitab mağazasına baş çəkmək məcburiyyətində qalırdınız. İndi isə, hər şey daha asandır. Onlayn mağazadan istədiyiniz kitabı əlverişli qiymətə əldə etmək imkanını yaradırıq.Kitab almaq qərarına gəldikdən sonra, siz onu Bakının istənilən yerindən sifariş edə bilərsiniz, kuryer aldığınız malı göstərilən ünvana qısa zamanda çatdıracaq. Sifariş etmək üçün, sizin kitabı seçib “Tıkla al” düyməsinə basmağınız yetərlidir. Bu cür alış-verişin üstünlüyü – evdən vəya iş yerinizdən ayrılmadan, isdəyiniz kitabı tapmaqda vaxt itirmədən əldə etməkdir.