Alegria haqqında
Alegria – gözəlliyi, zövqü və orijinal dizaynı özündə birləşdirən milli brend-dir. Şirkətimiz 2012-ci ildə yaradılmış və hal-hazırda Bakı şəhərində “alegria” brendi altında 2 mağaza ilə təmsil olunur. Fəaliyyət prinsiplərimizin əsasını keyfiyyət,orijinallıq və münasib qiymət təşkil edir. Yarandığı gündən qısa zaman keçməsinə baxmayaraq professional komanda və düzgün seçilmiş inkişaf strategiyası sayəsində şirkətimiz artıq Azərbaycan bazarında özünəməxsus yer tutmuşdur.
Alegria-nın peşəkar komandası tərəfindən yaradılmış məhsullar və göstərilən yüksək səviyyəli xidmət ən tələbkar müştəriləri belə razı salmağa qadirdir. Satışda olan məhsullarımız Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Çin və digər ölkələrdə istehsal edilir. Mağazalarımızda xüsusi zövqlə bəzədilmiş məhsulları hazır şəkildə əldə etməklə bərabər, müştərilərimizin istəyinə uyğun olaraq fərdi sifariş əsasında dizaynerlər tərəfindən bəzədilməsi də mümkündür. Siz həmçinin bizdən türkiyədə alegria markası altında istehsal edilmiş gəlinlikləri və aksessuarları əldə edə bilərsiz. Toy və nişan məkanlarının, ad günlərinin, tədbirlərin dizayn və dekorasiya edilməsi, həmçinin xınayaxdı mərasimlərinin, ünvanınızda fürşetlərin təşkilini də alegria-ya etibar edə bilərsiz.