Biz həftənin 5 günü 8:00 – dan 18:00 – dək fəaliyyət göstəririk.Bağçada qidalanma vaxtları gündəlik 5 dəfə olmaqla, 9:00 – Səhər Yeməyi, 11:00 – Meyvə Vaxtı, 13:00 – Nahar Yeməyi, 15:00 –Şirniyyat Vaxtı, 17:00 – Axşam Yeməyi təmin edilir.Bağçada istirahət vaxtı gündə 1 dəfə olmaqla, 14:00 – dan 15:00 – dək həyata keçirilir.Bağçada məşğələlər gündəlik 5 dəfə olmaqla təşkil edilir.
Bağçada tədris qrupları
- Kiçik və Orta Yaş Qrupu – 2 yaşdan 4 yaşadək rus və azərbaycan dilli qrup
- Böyük Yaş Qrupu – 4 yaşdan 6 yaşadək rus və azərbaycan dilli qrup
- Məktəbə Hazırlıq Qrupu – 6 yaşdan 7 yaşadək rus və azərbaycan dilli qrup
- Məşğələlər 15 – 20 nəfərlik qruplarda keçirilir.
- Qruplarda uşaqlarla işi tərbiyəçi, tərbiyəçi köməkçisi və dayə həyata keçirir.
- Bağçada uşaq psixoloqu və loqoped xidmətləri də mövcuddur.
Bağçada tətbiq edilən proqramlar
- Məktəbə Hazırlıq Proqramı – Oxu, Yazı, Say, Məntiq
- İnkişaf Etdirici Proqram – Rəsm, Musiqi, Əl işi, Ətraf Aləmlə Tanışlıq, Gimnastika, Teatr Klubu
- Xarici Dil Proqramı – İngilis dili, Rus dili, Fransız dili məşğələləri, Danışıq Klubu
- Bunlarla yanaşı hər gün 1 saat olmaqla gəzinti, film və nağıl saatı da təşkil edilir.
- Həmçinin Şənbə və Bazar günləri bağçada valideynlər və uşaqlar üçün müxtəlif kurslar təşkil edilir. Bununla bağlı ətraflı məlumat üçün bağça rəhbərliyi ilə əlaqə saxlayın.
Bizim üstünlüklərimiz
- Online izləmə
- Evinizə yaxın
- Gündə 5 dəfə qidalanma
- Gündə 5 dəfə məşğələ
- Hər qrupda 3 nəfərin – tərbiyəçi, köməkçi və dayənin iş aparması
- Xarici dil tədrisi və inkişaf etdirici proqramlar
- Uşaqların ehtiyaclarına fərdi yanaşma
- Professional işçi heyəti
- İşçi heyətinin davamlı yoxlanılması və təkmilləşdirilməsi
- Xüsusi istilik və havalandırma sistemi
- Xüsusi təhlükəsizlik tədbirləri
- Yüksək keyfiyyətli və zövqlü təmir
- Keyfiyyətli və standartlara cavab verən tədris ləvazimatları
- Keyfiyyətli və standartlara cavab verən ərzaq məsulları
- Gündəlik tibbi nəzarət və həftəlik tibbi yoxlama