Air Ventilation Systems xəritədə

Air Ventilation Systems

Bakı, Nəsimi rayonu, Nizami küçəsi, 203B AZ1010 *** 1 səs

Air Ventilation Systems haqqında

“AIR VENTILATION SYSTEMS” – on ildən artıqdır ki Azərbaycanın tikinti bazarında fəaliyyət göstərən çox profilli tikinti müəssisəsidir. Şirkətin əsas fəaliyyəti binaların, müvəqqəti tikintilərin, kapital tikintinin layihələndirilməsindən, təmirindən və rekonstruktiv işlərdən ibarətdir. Bu gün “AIR VENTILATION SYSTEMS” – bütün aşağıda qeyd olunan mərhələləri daxil edən kompleks tikinti və təmir işlərinin aparılması prosesində vacib olan inkişaf strukturu ilə sərbəst və dinamik inkişaf edən bir şitkətdir: layihə - smeta sənədlərinin hazırlanması, icazə üçün sənədlər paketinin rəsmiləşdirilməsi, bütöv texniki nəzarətin aparılması, şirkətin obyektinin istismara verilməsi, zəmanət xidmətinin göstərilməsi. “AIR VENTILATION SYSTEMS” şirkətinin strukturu yüksək ixtisaslı mütəxəssislərin cəlb olunduğu geniş həcmli və mürəkkəb işlərin aparılmsında vacib olan xidmətlərdən və şöbələrdən ibarətdir. Şirkətin müvafiq strukturu sayəsində, bir obyektdə aparılan tikinti işlərinə nisbətən eyni zamanda daha çox tikinti işləri aparılır və bununla yanaşı keyfiyyət qorunub saxlanılır. Azərbaycanda “Hitachi” – nin rəsmi distribyutoru olmaqla, «AIR VENTILATION SYSTEMS» şirkəti istənilən plana malik binaların kondisioner və ventilyasiya sistemini quraşdırır. Bundan başqa, şirkət istilik təchizi ventilyasiyasının layihələrinin hazırlanmasından müvafiq avadanlıqların və materialların seçiminə kimi bütün xidmət növlərini təqdim edir. HİTACHİ split – sistemi müxtəlif təyinatlı və fərqli parametrlərdə kondisionerlərin yaradılmasına imkan verən yeni ideyalar və müasir texnologiyaları reallaşdırır. HITACHI kondisionerləri həm evdə, həm də iş yerində sizi rahat və komfortlu iqlim ilə təmin edəcək. Şirkətlər tərəfindən göstərilən xidmət spektri kifayət qədər genişdir. Bütün sadalananlardan başqa, buraya eyni zamanda kanalizasiya sisteminin quraşdırılması və su təchizi sistemi, istilik təmini sisteminin quraşdırılması, qazanxana avadanlıqlarının quraşdırılması, elektro – montaj işləri, metal konstruksiyaların, vatomatlaşdırılmış sistemlərin quraşdırılması daxildir. AVS şirkəti tərəfindən təklif olunan xidmətlər: - bina tikintisi və quruluşu: təmir və bəzək işləri, fasad işləri; - ventilyasiya və kondisioner sistemlərinin quraşdırılması: mərkəzləşdirilmiş kondisionerlər, chiller – fankoil, VRF sistemləri, servis xidməti; - kanalizasiya və su təchizi sisteminin quraşdırılması: soyuq və isti su, drenaj sistemi; - qazanxana avadanlıqlarının montajı: splinger və dringer sistemləri; - elektromontaj işləri; - metal konstruksiyaların quraşdırılması; - avtomatizasiya sistemi.