Kondisioner Zavodu xəritədə

Kondisioner Zavodu

Bakı, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, 10 AZ1029 *** 0 səs

Kondisioner Zavodu haqqında

Böyük istehsal təşkilatını təqdim edən, pəncərə növlü məişət kondisionerləri üzrə ixtisaslaşan "БАККОНДИЦИОНЕР" elmi – istehsalat birliyi Azərbaycan Respublikasının əvvəlki prezidenti Heydər Əliyevin şəxsi təşəbbüsü ilə və rəhbərliyi altında 1973 – 1975 – ci illərdə təsis olunub. 2001 – ci ildə, Birliyin bazasında "BAKKONDİSİONER" Açıq Tipli Səhmdar Cəmiyyəti yaradıldı. Zavodun tikilməsi üçün Cəmiyyətə “Toshiba” yapon firması tərəfindən lisenziya verildi. Zavodun layihə həcmi 10 min ədəd elektrik mühərriki (ehtiyat hissələri), 50 min ədəd kompressorlar, 400 min ədəd məişət kondisionerlərindən ibarətdir. İstehsal quruluşunda bir neçə sex fəaliyyət göstərir: yığım, boya, plastmas, istilik mübadiləsi, möhürləmə. Zavodun daxili istehsal hissəsi 13 mindən artıq kondisionerin, eyni zamanda sex anbarlarının yerləşdirildiyi hazır məmulatlar üçün komplekt hissələrin saxlanması üçün anbarlar mövcuddur. “Bakkondisioner” müəssisələrində daxili laboratoriya vardır, onların daxilində isə bütün tədqiqat aspektlərini, xam materialların, tərkib hissənin və hazır məhsulun yoxlanmasını müəyyən edən mütəxəssislərdən ibarət komanda daxildir. Bundan başqa, adi sınaq vasitələrinə əlavə olaraq, zavodda səslərin analizinin aparılması və iqlim yerləri vardır. “Bakkondisioner” ASC “soyuq” və “isti / soyuq” rejimlərində fəaliyyət göstərən müxtəlif həcmli (1800 Vt, 2300 Vt, 2900 Vt) ayrı və pəncərə tipli məişət kondisionerləri istihsal edir. Zavodun məhsulları əsasən MDB dövlətlərinin bazarlarına ixrac olunur, xarici dövlətlərə ixracat yalnız 30% təşkil edir. Bakı kondisionerlərinin idxalçıları Türkiyə, Livan, İran, Suriya, Əfqanıstan, Kuba, Avstraliyadır. Lap əvvəldən Cəmiyyət öz fəaliyyətində istehlakçıların tələblərinin ödənilməsinə xüsusi əhəmiyyət verir və Azərbaycanın bütün regionlarında 200-dən çox texniki mərkəzlərin yerləşdirilməsinin təşkili ilə buna nail olur. “Bakkondisioner” ASC MDB dövlətlərində kondisioner bazarında lider mövqeyinin təkrar qazanılmasını öz məqsədinə çevirmişdir. Məhz bu səbəbdən də, müəssisə split kondisionerlərinin istehsalında ixtisaslaşan istehsal təşkilatları ilə yeni partnyor münasibətlərinin müxtəlif formalarının yaradılmasını öz qarşısına məqsəd qoymuşdur.Məişət kondisioner sisteminin istehsalından başqa, Cəmiyyət bütün istehsal sahələrində praktiki düyünlərin və müxtəlif növ detalların yaradılması üçün imkanlara malikdir. Bizim təkliflərimiz ilə maraqlanan hər bir kəs üçün, biz “Bakkondisioner” ASC barəsində geniş və təfsilatlı nəlumatlar təqdim etməyə hazırıq.