Aida Uşaq Psixologiya Mərkəzinin qurucusu və rəhbəri Nebiyeva Aida Sübhan qızıdır. Psixoloq-konsultant və treyner kimi fəaliyyət göstərir.
Nebiyeva Aida Sübhan qızı 2007-cü ildə Bakı Dövlət Universitetini Psixologiya ixtisası üzrə bitirmişdir. O, 2009-ci ildə həmin universiteti Hüquq psixologiya ixtisaslaşması üzrə fərqlənmə diplomu ilə tamamlayaraq magistr dərəcəsi almış .2007-ci ildən 2 saylı Peşə məktəbində psixoloq kimi fəaliyyətə başlamışdır. O, psixoloji yardım və autizmli uşaqların reabilitasiyası mövzusunda müxtəlif yerli və beynəlxalq kursların iştirakçısıdır. Aida Nəbiyeva 2009 — ci ildən Bakı Dövlət Universitetində,ADPU-də , BQU-da və Ailəm klinikasında çalışmışdır. İranda, Türkiyədə və (İsraildə-distant)staj keçmişdir.Uşaq , yeniyetmələr və ailə terapiyası ilə məşğul olur. Hal -hazırda Xəzər Universitetində pedeqoji fəaliyyət göstərir.