Agrointer Satış və Servis mərkəzi xəritədə

Agrointer Satış və Servis mərkəzi

Bakı-Sumqayıt yolu, Xırdalan, 29 AZ1000 *** 0 səs

Agrointer Satış və Servis mərkəzi haqqında

AQROİNTER şirkəti Azərbaycan bazarında 19 ildir ki, tikintidə, kommunal və kənd təsərrüfatında, neft-qaz sənayesində, eləcə də xalq təsərrüfatının digər sahələrində istifadə edilən maşın və mexanizmlərin ən yaxşı dünya istehsalçılarının aparıcı idxalçısı kimi tanınır. Azərbaycanda yüksək iqtisadi artım templəri və sabit daxili siyasi vəziyyət AQROİNTER şirkətinə öz fəaliyyətini yeni istiqamətlərdə - tikintidə, kənd təsərrüfatında, qazmada, tədqiqatlarda, neft-qaz məhsullarının hasilat və daşınmasında, karbohidrat yataqlarının işlənib hazırlanmasında istifadə olunan maşın və mexanizmlərin idxalından başlayaraq Azərbaycanın regionlarında müasir servis mərkəzlərinin tikintisinə qədər mərhələli şəkildə inkişaf etdirməyə imkan vermişdir. AQROİNTER şirkətinin mütəxəssisləri istənilən texnikanın düzgün istismar edilməsinin aparılan işlərin smetasına və məhsulun maya dəyərinə əhəmiyyətli dərəcədə təsir etdiyini anlayaraq texnikanı optimal şəkildə seçmək üçün sifarişçilərinə müxtəlif növ xidmətlər – konsultasiyalar, texniki-iqtisadi təkliflər və əsaslandırmalar üzrə xidmətlər təqdim edirlər. Yaponiya (Hitachi, Furukawa, Denyo, Airman), Koreya (Horyong), Almaniya (Klein), Türkiyə (HIDROMEK, Büyük Enes, Beta Makina) kimi Avropa ölkələrinin və s., eləcə də Rusiya (“Qaliçskiy avtokaran zavoud” ASC, “Stroydormaş” ASC, “Qruppa Qaz”), Belarusiya (“Amkodor” ASC, “Pinskiy SMM ”) kimi MDB ölkələrinin və digər ölkələrin məşhur şirkətləri hal-hazırda AQROİNTER şirkətinin əsas partnyor-təchizatçılarıdırlar. Şirkətimizin idxal etdiyi bütün texnikaları dörd qrupa bölmək olar: tikinti texnikası, yol-tikinti texnikası, kommunal texnika və kənd təsərrüfatı texnikası. AQROİNTER şirkətinin aktivində köhnə binaların demontajı üçün sifarişçilərə güclü hidravlik qayçıların təchizatı vardır. Bu hidravlik maşınların effektivliyi çox yüksəkdir və enerji, texniki və insan resurslarına əhəmiyyətli dərəcədə qənaət etməyə imkan verir. Xüsusilə qeyd etmək lazımdır ki, AQROİNTER şirkəti sərt daş süxurlarında iş üçün nəzərdə tutulan və yolların yol ötürücülərinin, metropoliten xətlərinin çəkilməsində və tikintisində və partlayış işlərinin aparılması üçün istifadə edilən Furukawa şirkətinin istehsalı olan hidravlik qazma maşınlarını Azərbaycan Respublikasına idxal edən ilk şirkət olmuşdur.