AgroPack xəritədə

AgroPack

Bakı, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi AZ1000 *** 0 səs

AgroPack haqqında

TARA.AZ saytı Agropack MMC-yə məxsus olub, kənd təsərrüfatı məhsullarının qablaşdırılması üçün nəzərdə tutulan plastik ,taxta, karton yeşik, kisə, palet və digər qablaşdırma növlərinin onlayn satışı üçün yaradılmış platformadır.

2017-ci ildən fəaliyyətə başlayan AgroPack MMC Bakı şəhərində yerləşir. Əsas fəaliyyət sahəsi kənd təsərrüfatı məhsulları üçün nəzərdə tutulan qablaşdırmaların istehsalı və satışıdır. Məhsullar əsasən plastik yeşiklər, taxta yeşiklər, karton qutular, taxta və plastik paletlər, müxtəlif növ kisələrdir. Bundan başqa şirkət, plastikdən və başqa növlərdən olan yeyinti və məişət qablarının satışı ilə də məşğuldur.

Şirkətin missiyası, fermerlər və kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan fiziki və hüquqi şəxslərin qablaşdırmaya olan tələbatını bir ünvandan təmin etməkdir.

Şirkətin hədəfi Azərbaycanın bütün bölgələrinin fermerləri və ixracatçıları ilə əməkdaşlıq etməkdir.

Şirkətin vizyonu, qablaşdırma sahəsində yeniliklər gətirmək, yeni nəsil,ekoloji cəhətdən təmiz və münasib qiymətli məhsulları bazara çıxarmaqdır.