Ağdaş Rayon İcra Hakimiyyəti xəritədə

Ağdaş Rayon İcra Hakimiyyəti

Heydər Əliyev prospekti, Ağdaş AZ0300 *** 0 səs

Ağdaş Rayon İcra Hakimiyyəti haqqında

Ağdaş rayonu Şirvan düzünün şimal-qərbində, Acınohur ön dağlığının cənubunda və Kür çayının sol sahilində yerləşir.Rayonun ərazisi Bərdə rayonu ilə 33 km, Oğuz rayonu ilə 6 km, Qəbələ rayonu ilə 10 km, Ucar rayonu ilə 29 km, Zərdab rayonu ilə 11.5 km məsafədə həmsərhəddir.Rayonun ərazisindən Türyan çayı, cənub-qərb sərhəddi boyu Kür çayı axır. Yuxarı Şirvan kanalı Ağdaş rayonu ərazisindən keçir. Rayonda əsasən boz çəmən torpaqları yayılmışdır,ərazisinin cənubunda şoran torpaqlar var.Əkin altında olan sahələrin relyefi hamar düzənliklər olub,xırda çökəkliklərdən ibarətdir. Bitkiləri əsasən çöl və yarımsəhra tiplidir. Kür çayı sahilində Tuqay meşələri, Türyançayı hissəsində isə Türyançay Dövlət Qoruğu yerləşir. Rayon şosse, dəmir yolu və digər kommunikasiya xətlərinin üstündə yerləşir. Rayon ərazisindən Bakı-Qazax avtomobil yolu, Bakı-Tbilisi dəmir yolu, Bakı-Supsa, Bakı-Ceyhan, Qaradağ-Ağstafa neft-qaz kəmərləri, Mingəçevir-Bakı elektrik ötürücü xətti keçir.

Rayonun tarixi

Tarixi qaynaqlar sübut edir ki, əlverişli təbii şəraitə malik olan bu bölgədə ilkin həyat və insan yaşayışın mövcudluğu və Ağdaş toponiminin meydana gəlməsi təqribən 400 illik tarixə malikdir. Şirvan bəylərbəyliyinin tabeliyindəki Ərəş sultanlığı uzun illər feodal hakimlərinin idarəçiliyində olmuş, Azərbaycanın Şimal ərazisinin Rusiyaya ilhaq edilməsindən sonra çarizmin inzibati islahatları nəticəsində indiki Ağdaş rayonu ərazisində 1873-cü ildə Yelizavetpol quberniyasının tərkibinə daxil olan, əhalisinin sayı 52371 nəfərdən ibarət olan Ərəş qəzası yaradılmışdır. Bu inzibati ərazi vahidi 1929-cu ilədək mövcud olmuş, elə həmin ildə ləğv edilərək bir il sonra 1930-cu ildə Ağdaş rayonu yaradılmışdır. XVI əsrdə salınmış bu yaşayış mərkəzinə 1900-cu ildə şəhər statusu verilmişdir.