2002-ci ildə əsası qoyulmuş, ixrac yönümlü, Qafqazda ilk müasir tipli gips zavodu olan "AĞDAĞ" 2007-ci ilin əvvəllərində məhsul itehsalı ilə fəaliyyətə başlamışdır. Zavod qabaqcıl alman texnologiyasına əsaslanır, istehsal prosesi rəqəmli texnologiya ilə avtomatlaşdırılmış formada idarə olunur və keyfiyyətə total nəzarət həyata keçirilir. Zavodun nəzdində "AĞDAĞ" Texnoloji Mərkəzi yaradılıb ki, onun da əsas vəzifəsi "AĞDAĞ" məhsulunun unikal keyiyyət parametrlərini müəyyənləşdirmək və keyfiyyətə tam nəzarəti həyata keçirməkdir.Hal-hazırda bu istehsal sahəsi Azərbaycandakı sürətli iqtisadi inkişafın parlaq nümunələrindən birinə çevrilməkdədir.