Ağcabədi Rayon İcra Hakimiyyəti xəritədə

Ağcabədi Rayon İcra Hakimiyyəti

Heydər Əliyev prospekti, Ağcabədi, 124 AZ0400 *** 0 səs

Ağcabədi Rayon İcra Hakimiyyəti haqqında

Ağcabədi - Azərbaycan Respublikasında əkinçilik və maldarlıqla məşğul olan rayonlardan biridir. Ağcabədi sözünün mənası iri məskəndir. (ağca- iri, badi-məskən, qəsəbə). Ağcabədi rayonu Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Bu qədimliyi sübut edən maddi əlamətlərdən olan eneolit, tunc, antik dövrünə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları - Kamiltəpə, Nərgiztəpə, Qaraköbər, Yantəpə, Qalatəpə və Gavur arxı diqqəti cəlb edir. Tarixçilər bu təpələri Misir ehramları ilə müqayisə edərək qeyd edirlər ki, hətta Gavur arxının Makedoniyalı İsgəndər tərəfindən təmir olunması güman olunduğu halda, XVI əsrdə Teymurləng tərəfindən tam təmir olunması tarixi faktdır. Rayonda orta əsrlərə aid daşdan yonulmuş formalı başdaşlı qəbirstanlıqlara da rast gəlmək olur.

Ağcabədi rayonunun ərazisi 1756 kv .km, əhalisi 129.3 min nəfərdir. 1 şəhər , 1 qəsəbə və 39 kənd inzibati ərazi vahidindən ibarətdir. Sənayesinin əsasını pambığın ilkin emalı və süd məhsullarının istehsalı sahələri təşkil edir.Ağcabədi rayonu ən iri kənd təsərrüfatı rayonlarından biridir.Rayonda taxılçılıq, pambıqçılıq, heyvandarlıq daha çox üstünlük təşkil edir. 2013-cü ildə rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi 281.972.5 min manat olmuşdur. Ümumi məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə 7.9 faiz, 2005-ci ilə nisbətən 4,4 dəfə çox olmuşdur. Rayon üzrə ümumi məhsul buraxılışının həcmində qeyri dövlət sektorunun xüsusi çəkisi 93,6 faiz təşkil etmişdir

Ağcabədi rayonu 1 şəhər, 1 qəsəbə və 39 kəndinzibati ərazi vahidindən və 44 kənddən (Ağcabədi şəhəri, Hindarx qəsəbəsi, Avşar , Aşağı Avşar, Xocavənd ,Salmanbəyli, Mehrablı, Aran, Yeni Qaradolaq, Qaradolaq,Kəbirli, Hacıbədəlli, Nəcəfqulubəyli, Şənlik, Şahmalılar, Şotlanlı,Bala Kəhrizli, Böyük Kəhrizli, Biləğan, Ağabəyli, Pərioğullar,Cəfərbəyli, Hüsülü, Rəncbərlər, Qiyaməddinli, Qaravəlli, Təzəkənd, Muğanlı, Şahsevən, Şahsevən-Təzəkənd, Köyük, Boyat, Qaraxanlı, Hacılar,Kəhrizli, Şərəfxanlı,Arazbar, Sarvanlar, Kürdlər, Minəxorlu, Yuxarı Qiyaməddinli , Sarıcalı, Taynaq, Poladlı, İmamqulubəyli, Gələbədin kəndləri ) ibarətdir.