«Aga-Cavad» kiçik müəssisəsi 1993 cü ildə Dekabr ayında Bakı şəhərində fəaliyyətə başlayıb. Müəssisənin təsisçisi Qurbanova Firuzə Fətulla qızı kimya elmləri namizədi, injiner-texnoloq, kosmetoloqdur.Bakı digər şəhərlərdən bacarıqlı kosmetoloqları ilə fərqlənib. Onların sahib olduqları reseptlər nəsildən nəsilə keçib. İllərin fəaliyyəti nəticəsində «Aga-Cavad» kiçik müəssisəsi dəyərli reseptləri püxtələşdirərək məhsullarını “Firuza Cavad kosmetikası” adı ilə istehsal edir. “Firuza Cavad kosmetikası” natural kosmetikadır. Istehsalda lanolin, kakao və kokos yağları, jenşen, lavanda, evkalipt və s. kimi dəyərli inqridientlərdən istifadə olunur. “Firuza Cavad kosmetikası” ODA kremləri(qidalandırıcı, nəmləndirici, qırışa qarşı kremlər), üz və göz ətrafı dərisı üçün maskalar, Skrab-Obkatka, Təmizləyici və bərpa edici losyonlar, tük təmizləyən vasitələrdən ibarətdir.