Ağ Çiçəyim Yasamal r. xəritədə

Ağ Çiçəyim Yasamal r.

Bakı, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 19 AZ1000 *** 3 səs

Ağ Çiçəyim Yasamal r. haqqında

1995-ci ildə 3 mütəxəssis-florist tərəfindən təsis olunmuş Ağ Çiçəyim, bu gün Azərbaycanda gül satışı və müşayiətedici xidmətlər sahəsində lider mövqeyini tutan nüfuzlu şirkətdir.Kompaniya, gül və dekorativ bitkilərin satışı, peşəkar floristik xidmətlərin təqdimatından başlayaraq ən müxtəlif yönümlü tədbirlərin təşikili və keçirilməsinə qədər geniş çeşiddə servislər təklif edir.Azərbaycanda gül mədəniyyətinin təməlini qoyan Ağ Çiçəyim, eyni zmanda Qafqaz bölgəsi üzrə yüksək Avropa standartları səviyyəsində gül xidməti göstərən İLK şirkətdir. Elə bu gün də Ağ Çiçəyim bütün regionda güllərin idxal və ixracı üzrə aparıcı mövqe saxlamaqdadır.

Ağ Çiçəyim gül mağazasının xidmətləri

Kompaniyada yerli mütəxəssislərlə yanaşı Avropa, Türkiyə və İrandan cəlb olunmuş peşəkar florist və fitodizaynerlər çalışırlar. Yüksək kvalifikasiyalı professional işçi heyəti mütəmadi şəkildə xaricdə treninqlər keçir və öz professional səviyyəsini daim artırır.Qabaqcıl beynəlxalq şirkətlərlə imzalanmış əməkdaşlıq sazişlərinin sayəsində kompaniyamız dünyanın 80-dən çox ölkəsindən ekzotik gül və bitkiləri respublikaya gətirir və müştərilərə təqdim edir, eləcə də planetin istənilən yerinə güllərin operativ şəkildə çatdırılmasını təmin edir.
Öz işimizdə biz, daim müştərilərimizin istək və tələblərinə istiqamətlənir, xidmətlərimizin yüksək keyfiyyətinə zəmanət veririk.