Muzey – tələbələrin elmi-metodik, kreativ düşüncəsinin və bədii individuallığının formalaşdığı yaradıcılıq bazasıdır.Qorunmuş ənənələrlə bərabər Akademiyada yaranmış ən yaxşı əsərlər axtarış və yeniliklər üçün stimula çevrilir. Klassik akademik təhsilin əsaslarına prinsipial olaraq ciddi yanaşma özünəməxsus üslubun formalaşması prossesində Rəssamlıq Akademiyasının tələbələrinə eksperimentlər üçün fundament rolunu oynayan materiala yiyələnmək texnikasının və estetik zövqün formalaşdırılmasının təminatını verir. Yuxarı kursların tələbələrinə innovasiyalar üçün geniş imkanlar yaradılmışdır.
Rəssamlıq Akademiyasının muzeyində 40 sərgi küçirilmişdir. O cümlədən, British Council-un kolleksiyasına daxil olmuş müasir britaniya qrafikasının, Berlin incəsənət xadimləri cəmiyyətinin və məşhur alman qrafikləri Byuşer, Prass Yurqen, Yan Perkoterinin, yeni dalğa türk avanqardist rəssamlarının sərgiləri keçirilmişdir. Müasir qərb incəsənətin görkəmli nümayəndələrindən biri olan Qünter Yukerin, məşhur avstriyalı qrafika ustası Diter Yozefin, Berlin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru İnqa Şmitin sərgiləri nəinki profesionallar, həmçinin geniş tamaşaçı kütləsi tərəfindən böyük şövqlə qarşılanmişdır.
Həmçinin Rəssamlıq Akademiyasının muzeyində dəfələrlə Almaniya, ABŞ, Türkiyə, İsrail səfirlikləri tərəfindən yarışlar keçirilmişdir. Bu yarışların nəticəsi olaraq Rəssamlıq Akademiyasının tələbələri Türkiyə və İsraildə təcrübə keçmişlər.2012-ci ildə Rəssamlıq Akademiyasının muzeyi dəyişilərək Muzey-sərgi kompleksi ilə əvəz olunmuşdur ki, bu da muzeyin statusunun və fəaliyyət dairəsinin genişlənməsinə zəmin yaratmışdır. Tələbə və professor-pedaqoq heyyətinin işlərinin (ən yaxşı diplom və kurs işləri) nümayiş olunduğu daima yenilənən ekspozisiya ilə yanaşı, Muzey-sərgi kompleksi Rəssamlıq Akademiyasının səyyar tədbirlərində iştirak edir, o cümlədən geniş sərgi fəaliyyəti ilə məşquldur .
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında uşaqlar üçün, xüsusi kompüter proqramları daxil olmaqla, təsviri və dekorativ-tətbiqi sənət, memarlıq, dizayn, foto sənəti və təsviri sənətin tarixi üzrə hazırlıq kursları fəaliyyət göstərir. Hazırlıq kursunun əsas tədris proqramı 3 fəndən (rəsm, rəngkarlıq, heykəltəraşlıq) ibarətdir.Arzu edən şəxslər əlavə ödəniş əsasında digər fənləri də tədris proqramına daxil edə bilərlər. Hazırlıq kurslarının proqramı təsviri sənət yaradıcılığının ilkin vərdişlərinə yiyələnmək, bədii dünyagörüşünə, obrazlı yaradıcılıq təfəkkürünün inkişafına və incəsənət əsərlərinin qavranılmasına istiqamətləndirilmişdir.Mütəxəssislər başlanğıc hazırlıq səviyyəsindən və qabiliyyətdən asılı olaraq tədris proqramını seçməkdə sizə yardım göstərə bilərlər. Məşğələlər və konsultasiyalar Rəssamlıq Akademiyasının müəllimləri tərəfindən aparılır.