Adda Project haqqında
ADDA projekt şirkəti – minimum problem və zəmanətli müsbət nəticə deməkdir .Memarlıq layihəsinə aşağıdakılar daxildir:
• Otaqların tam təsviri ilə layihələndirmə
• Evin bütün otaqlarının ölçüləri
• Pəncərə və qapıların layihədə bağlantısı
• Sizin arzularınıza uyğun olaraq eksteryer əks olunmuş rəngli şəkildə bütün 4 fasad
• Əsas ölçülərlə binanın dam layihəsi
• Evin 2 kəsimi, eninə və uzununa (əgər ev 2 mərtəbəlidirsə bir qayda olaraq pilləkanlar üzrə).
• Evin sahəyə bağlantısı layihəsi (evin sahədə yerləşməsi, nə qədər yer tutması, binanın hər 4 tərəfindən sahənin sərhədlərinə qədər məsafə).
• Obyektin 4 tərəfdən 3 D eskizi
• Konstruktiv qərarlar, yanğın təhlükəsizliyi, isitmə və havalandırma, su borusu və kanalizasiya, elektrik təchizatı üzrə məsləhətlərlə izahlı qeydlər.
Texniki tapşırıqların tərtib edilməsindən sonra sifarişçi ilə birgə layihələndirmənin razılaşdırılması həyata keçirilir və onun nəticəsində obyektin həndəsi forması hazırlanır . Sonra obyektin eksteryer dizayanı üzərində işlər aparılır . İş prosesində siz 3D eskizləri , layihələndirməni , kəsimləri əldə edəcəksiz , yəni gələcək obyektinizi vizual olaraq tam təsvir edə biləcəksiniz .