Azərbaycan Aktuarlar Assosiasiyası 2007-ci ildə təsis olunmuşdur. Azərbaycan Aktuarlar Assosiasiyasının fəaliyyət istiqamətləri aşağıdakılardır.
Müasir anlamda "aktuari" ixtisasının mənbəyi ilk həyat sığortası təşkilatında elmi cəhətdən əsaslandırılmış sığorta haqlarının hesablanması tələbinin yaranması ilə əlaqədardır.Aktuari sözü ilk dəfə Roma imperiyası zamanında işlədilib. Bu söz latıncada "actuarius" sözündən götürülüb. İlk dəfə aktuardan eramızın 220-ci ilində Roma imperiyasında istifadə edilib. İlk aktuar firması 1762-ci ildə Böyük Britaniyada yaradılıb. 1809-cu ildə Amerikada aktuari peşəsi ortaya çıxıb. Sonrakı illərdə bazarın tələbləri belə firmaların sayının sürətlə artmasına səbəb olub. Bu proses aktuari ixtisaslı təşkilatın yardılması zərurətinin başa düşülməsi ilə nəticələndi. Beləliklə, Londonda 1848-ci ildə Aktuarilər İnstitutu və 1856-cı ildə Edinburqda Aktuarilər fakültəsi yarandı.
Aktuari riyazi, iqtisadi, maliyyə, ehtimal, statistik və biznes biliklərindən müəyyən hadisələrin risklərinin proqnozlaşdırılması və risklərin qiymətini minimallaşdıran polislərin formalaşadırılması üçün istifadə edir. Bu səbəbdən aktuari sığorta və təkrar sığorta sahələri üçün zəruridir. Aktuari ölüm, xəstəlik, qəza, əlillik və ya əmlak itkisi kimi hadisələrin baş verməsi ehtimalını və mümkün dəyərini qiymətləndirmək üçün statistik informasiya toplayır və təhlil edir. Aktuari, həmçinin tələb olunan pensiya gəlirləri ilə pensiya ödənişlərinin səviyyəsini və investisiya gəlirlərini maksimallaşdırmaq üçün ehtiyatların investisiya yolları kimi məsələləri öyrənir.Aktuarilər öz biliklər toplusundan istifadə etməklə sığorta polislərinin, pensiya planlarının və başqa maliyyə strategiyalarının dizayn və qiymət məsələlərinə bu planların etibarlı maliyyəyə əsaslanması məqsədilə kömək edir.