ACEP xəritədə

ACEP

Bakı, Yasamal rayonu, İnşaatçılar prospekti, 494 AZ1065 *** 3 səs

ACEP haqqında

ACEP müstəqil özəl ekoloji şirkət 1998-ci ildə Bakı şəhərində yaradılmışdər. Azərbaycanda yaradılmış ilk özəl şirkətlərdən biri olan ACEP şirkəti ekoloji audit və konsaltinq, ətraf mühitin qorunması və ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə geniş spektrli xidmətləri təklif edir.Bundan əlavə şirkət digər iş növləri həyata keçirir: ətraf mühitin, quru ərazilərin və dəniz akvatoriyalarının mövcud vəziyyətinin qiymətləndirilməsi haqqında materialların toplanması və informasiya-analitik xülasə, kompleks ekoloji tədqiqatların, monitorinqlərin və auditlərin icra edilməsi, hidrogeoloji, geoloji, topoqrafik axtarışlar.

İşlər azərbaycan və ingilis dillərində görülür.İşlərin icrası zamanı AİYB, Beynəlxalq Bankin tələbləri və s. beynəlxalq standartlar nəzərə alınır. ACEP şirkətində ekoloji monitorinqlərin həyata keçirilməsində böyük təcrübəyə və biliyə malik olan yüksək dərəcəli peşəkar - bioloqlar, ekoloqlar, hidrogeoloqlar, texnoloqlar və s. çalışırlar.ACEP şirkəti öz mütəxəssislərin təcrübələrinə və ixtisaslarına əsaslanaraq, Azərbaycanın aparıcı elmi təşkilatların yüksək ixtisaslı alimlərini cəlb etməklə, aşağıda göstərilən işlərin həyata keçirilməsini təmin edir:

ACEP-in fəaliyyəti

  • İstehsalat obyektləri, yaşayış məntəqələri, quru sahələr və su akvatoriyaları üçün təbii şərait, bioloji mənbələr, təsərrüfat fəaliyyəti, ictimai-iqtisadi şərait, təbii-bioloji və mədəni-tarixi aspektlər daxil olmaqla, ətraf mühitin mövcud durumunun qiymətləndirilməsi üzrə məlumatların yığılması və məlumat-analitik icmalı;
  • Kompleks ekoloji tədqiqatların həyata keçirilməsi;
  • Ətraf mühitə təsirin qiymətləndirilməsi daxil olmaqla, istehsalat fəaliyyətinin ekoloji əsaslandırmaların hazırlanması;
  • Yataqların və müəssisələrin ekoloji audit üzrə işlərin həyata keçirilməsi;
  • Ətraf mühitin qorunması sahəsində normativ və digər sənədlərin hazırlanması;
  • Müasir cihazlar və avadanlıqlarla təmin edilmiş, beynəlxalq standartları nəzərə alan, kompleks kimya laboratoriyası əsasında laboratoriya-analitik xidmət;
  • Kompleks ekoloji monitorinqin təşkili və keçirilməsi;
  • Tullantıların yol verilən qatılıq həddi və çirkab suların yol verilən axıntı həddin hesablaması ilə müəssisələrin ekoloji pasportların hazırlanması;
  • Təbii mühitin texnogen pozulmasının qiymətləndirilməsi;
  • Hidrogeoloji, geoloji və topoqrafik tədqiqatlar.
  • GIS MapInfo və ArcView proqram vasitələri ilə elektron xəritələrin hazırlanması;
  • Neftlə çirklənmiş ərazilərin ekoloji qiymətləndirilməsi;