Dövlət Sərhəd Xidmətinin Akademiyası Prezident İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə yaradılmışdır. Akademiya Dövlət Sərhəd Xidməti üçün xüsusi ixtisaslı ali hərbi təhsilli zabit kadrların, komandir və qərargah zabitlərinin, hərbi elmi işçilərin hazırlanması, onların ixtisasının artırılması, dövlət sərhədinin mühafizəsi və hərbi iş sahəsində elmi tədqiqatların aparılmasını təmin etmək məqsədi ilə təsis edilmişdir. Akademiyanın yeni binası 10 avqust 2010 tarixində istifadəyə verilmişdir. Binayla əlaqədar maraqlı fakt burasındadır ki, binanın peyk görünüşünə diqqət yetirdikdə burada İlham Əliyevin ad və soyadının baş hərflərini tərs şəkildə rahatlıqla görmək olar.Dövlət Sərhəd Xidməti Akademiyasının rəisi, general-mayor Araz Məmmədovdur.