Abşeron Sanatoriyası xəritədə

Abşeron Sanatoriyası

Bakı, Mərdəkan qəsəbəsi, Xəzər rayonu, Sergey Yesenin küçəsi, 95 AZ1044 *** 10 səs

Abşeron Sanatoriyası haqqında

Abşeron Sanatoriyası Bakıdan 35 km. məsafəsində Mərdəkan q. yerləşib. Əgər Siz öz hesabınız ilə sağlamlığınızın qeydinə qalmaq istəyirsinizsə, burada mövcud olan təbii şəfalı palçıqlarnan müalicə ola bilərsiniz. Bu müəssisənin profili – həzm yolu xəstəliklərinin müalicəsidir. Burada supalçıq müalicəxana fəaliyyət göstərir, və xəstələr təbii şəfalı palçıq isə müalicə olunurlar. 

Abşeron Sanatoriyasının xidmətləri

"Abşeron" sanatoriyası - Azərbaycan Həmkarlar İttifaqının "Kurort" Səhmdar Cəmiyyəti sizə Bakıdan 35 km aralıda yerləşən, Abşeron yarımadasının ən mənzərəli yerlərindən biri olan Mərdəkan qəsəbəsində istirahət imkanı verir.Sizin xidmətinizdədir - ətrafı yaşıllıqlarla örtülü olan, rahat korpuslar, müxtəlif və zəngin Azərbaycan mətbəxinin pəhriz yeməkləri, ağaclar və çəmənliklərlə zəngin olan parklar,xiyabanlar və əlbəttə ki – dəniz. "Abşeron" sanatoriyasında təbii müalicəvi palçıqlar vardır; xəstələr burada müalicəvi palçıqla müalicə alırlar. Rahat müalicə bölməsi və yüksək ixtisaslı mütəxəssislər-kurortoloqlar Sizə müvəffəqiyyətli müalicə təmin edəcək.