“AAC” şirkəti gobustone hörgü bloklarını istehsal edir. Hörgü blokları dünyanın 50-dən çox ölkəsində yerləşən və sayı 200-dən artıq olan zavodlarda istehsal olunur. Biz, belə bir zavodun Azərbaycanda yaradılması ilə fəxr edirik!Gobustone hörgü blokları digər tikinti materiallarından möhkəmliyi, yüngüllüyü, uzunömürlülüyü, istiliyə və şaxtaya davamlılığı, ekoloji cəhətdən təmizliyi, həmçinin adi əl və ya elektrik alətlərindən istifadə edilən zaman çox asanlıqla emal olunması ilə fərqlənir. Hazırda gobustone hörgü bloklarından hündür və aşağı mərtəbəli binaların inşa olunmasında, xarici və daxili divarların hörülməsində, arakəsmələrin, örtüklərin və pilləkanların tikilməsində istifadə olunur. Gobustone hörgü bloklarının Azərbaycan bazarına çıxması tikinti işlərinin texnologiyasını və müddətini əsaslı dəyişəcək.Qafqaz regionunda gobustone hörgü bloklarını istehsal edən ilk zavod kimi, biz daim yeni metod və texnologiyaları inkişaf etdirir və fəaliyyət dairəmizi genişləndirməyə çalışırıq.