A-Level Tədris Mərkəzi xəritədə

A-Level Tədris Mərkəzi

Bakı, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 156 AZ1000 *** 3 səs

A-Level Tədris Mərkəzi haqqında

A-level Education Center - Azərbaycanın ən tanınmış təhsil mərkəzlərində biri olan DAHI Training Center-in törəmə təşkilatıdır. Hazırda şirkətimiz inkişafının yeni pilləsinə qədəm qoyub və təhsil sahəsində ilk yerlərdən birini tutur. Təcrübəli mütəxəssislərimizin və idarə heyətimizin səyi nəticəsində, təhsil sahəsində daima yeni-yeni uğurlar əldə edilir və yaxın gələcəkdə şirkətimiz xarici dillərin və kompyuter proqramlarının tədrisi sahəsində, habelə ev tapşırıqlarının yerinə yetirilməsinə kömək və məktəbəqədər hazırlıq kurslarının tədrisində yeni müasir metodların tətbiqinə start verəcək. A-level Education Center - in ixtisaslaşdığı əsas sahələrdən biri də xaricdə təhsildir.

A-Level Tədris Mərkəzində xidmətlər

“A-Level” Mərkəzində Siz Azərbaycan, ingilis, alman, fransız, ispan, italyan, rus və s. dilləri öyrənə bilərsiniz. Sizə ən müasir metodikalardan istifadə etməklə rəngarəng, çoxsəviyyəli proqramlar təklif olunur. Siz məqsədlərinizə optimal şəkildə uyğun gələn və təhsilin davamiyyətinə görə ən çox yararlı olan proqramı seçə bilərsiniz. Müəllimlər metodistlərin bilik bazasını mükəmməl şəkildə yarada bilən nailiyyətlərindən və qərb alimlərinin hər bir dərsdə kiçik şou yarada bilən ən son uğurlarından istifadə edirlər. Bu o deməkdir ki, Siz məhz malik olduğunuz biliyə uyğun gələn səviyyədən başlaya və arzuolunan nəticəni əldə edəcəyiniz vaxtadək təhsilinizi davam etdirə biləcəksiniz. Proqramın seçimi zamanı tələbənin malik olduğu biliyin ilkin səviyyəsi, dilin öyrənilməsi məqsədi, asudə vaxtın mövcudluğu və fərdi xüsusiyyətlər nəzərə alınır. Məşğələlər tələbənin seçimi üzrə həm fərdi qaydada, həm də kiçik qruplarda keçirilir.

“A-Level” mərkəzi TOEFL, IELTS, SAT, GMAT, GRE imtahanlarını vermək istəyən namizədlərin tam hazırlığını keçir. Sözügedən kurslar xaricdə təhsil almaq və ya işləmək üçün mütləq olan imtahanları uğurla vermək istəyən və yüksək bal toplayan şəxslər üçün nəzərdə tutulmuşdur.“A-level” xarici universitet və kolleclərin Azərbaycandakı təmsilçisidir və ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İspaniya, Rusiya və digər ölkələrin bir çox təşkilatları ilə sıx əməkdaşlıq edir.