7 Hills Yaşayış Kompleksi haqqında
7 Hills şirkəti Azərbaycanda yaşayış komplekslərinin tikintisində öz sözünü deməyə başlayan şirkətlərdəndir. Şirkətin əsas hədəfi bu sektorda orta gəlirli əhali üçün mənzillərin tikintisi və satışını həyata keçirməkdir. Şirkət layihələrində yer seçiminə, qiymətin uyğunluğuna, satışdan sonrakı xidmətə və mənzillərin fərdiliyinə xüsusi diqqət yetirir.
7 Hills of Baku layihəsi şəhərin ən prestijli yerində - H.Əliyev prospektinə paralel küçədə yerləşir. Prospekt gələcəkdə dövlət və özəl təşkilatların inzibati binaları ilə əhatə olunacaqdır. Əlavə olaraq burada gələcəkdə müxtəlif tipli yaşayış kompleksləri də inşaa ediləcəkdir. Kompleksin digər üstünlüklərindən biri də onun iki magistral yolları ilə - H.Əliyev prsopekti və Babək prospekti magistralları ilə əhatə olunmasıdır.
Qarantiyalı layihə çərçivəsində 7Hills Residence layihəsinin xərcləri hesablanmışdır. Layihənin başa çatdırılmasına lazım olan vəsaitin maliyyələşdirilməsi barədə Azərbaycan Beynəlxalq Bankı ilə danışıqlar aparılmış və satışdan asılı olmayaraq maliyyələşmə məbləği üçün kredit xəttinin açılmasına dair Niyyət Protokolu imzalanmışdır. Bu çərçivədə Bankla müqavilə bağlanılmış və Razılaşma Məktubu alınmışdır.
Beləliklə “Qarantiyalı Layihə” çərçivəsində 7 Hills Residence layihəsinin başa çatdırılması tam zəmanət altına alınaraq investorlar və potensial alıcılar üçün layihənin tamamlanma riski tam olaraq aradan qaldırılmış olur.
Dünyanın çox böyük və gözəlliyi ilə seçilən şəhərlərinin bir neçəsi – Moskva, Roma, İstanbul, San-fransisko, Yerusalim və digərləri Seven Hills (Yeddi Təpə) üzərində yerləşirlər, və bu da bəlkə də onların uğur rəmzidir. Və biz də bu uğur rəmzini ölkəmizin qəlbi olan Bakı şəhərinə gətirmək istədik.
Seven Hills Residences layihəsi öz unikal dizaynına görə digər layihələrdən fərqlənəcəkdir. Layihənin yerləşmə yeri isə onun cəlbediciliyini daha da artırır.