• Şəhər


  • Rayon


  • Metro


  • Orientir


  • Əlifba sırası


SEÇ

Milli geyimlər xəritədə

6 nəticə var

Milli geyimlər

Milli geyimlər

Azərbaycan milli geyimləri

"Milli geyimlər " bölməsində milli geyimlərin istehsalı , icarəsi ,satışı ilə məşğul olan şirkətlər,mağazalar ,atelyelər yerləşdirilmişdir .ONECLİCK.AZ saytı sizə müvafiq sahə ilə məşğul olan şirkətlərin siyahısını təqdim edir . Azərbaycan milli geyimləri — Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin çox çətin və uzun çəkən inkişaf gedişi nəticəsində yaranmışdır.

Müxtəlif milli paltarlar Bakıda

Xalqın etnik, tarixi, xalq yaradıcılığının bədii xüsusiyyətləri, onların müxtəlif halda formalaşmaları, bədii bəzək naxışları, toxuculuq xalq geyimində öz əksini tapmışdır.Bu xüsusiyyət həm müəyyən formalı geyim və onun bəzəklərində və həm də bədii tikmə, toxuma və toxuculuqda özünü büruzə verir.Geyimin stili onun yiyəsinin ailə vəziyyətini və yaşını əks etdirirdi. Cavan qızlar daha parlaq və qəşəng geyinərdilər. Geyimlər maddi mədəniyyətin bütün başqa ünsürlərindən daha çox xalqın milli xüsusiyyətini əks etdirməklə yanaşı, sabit etnik əlamətlər sırasına daxildir.Geyimlər sahibinin hansı zümrəyə mənsub olduğunu əks etdirirdi.

Azərbaycan milli paltar, kostyum və aksesuarları almaq və kirayə götürmək

Xalqın tarixi ilə möhkəm bağlı olan geyimlər, onun mədəniyyətini öyrənmək üçün qiymətli mənbələrdən biridir.Milli geyimlərin klassifikasiyası kifayət qədər genişdir .Kəlağayı,yapıncı ,araxçın,baharı ,başmaq ,çarşab,çuxa,çəpkən ,lapçın , ləbbadə,güləcə,arxalıq ,kürdü ."Milli geyimlər " bölməsində siz istənilən rəngdə ,istənilən tərzdə müxtəlif cür milli geyimlərin satışı ,icarəsi ,istehsalı ilə məşğul olan şirkətləri ,mağazaları tapa bilərsiniz . "ONECLİCK.AZ" sizin axtarışınızı daha rahat və səmərəli edəcək.